Tufandağ Turu

17.12.2019
1 gün / 0 gecə
190 dan

Tufandag Mountains Resort kompleksi Qəbələ şəhərindən 4 kilometr məsafədə yerləşir. Kurort qonaqlara təbiətlə harmoniyada müxtəlif ekstrim idman və turizm fəaliyyətlərindən zövq almağa imkan verir.

Kompleksinin tərkibində yüksək standartlara cavab verən Tufandag Mountains Resort (Qafqaz Tufandağ Oteli) fəaliyyət göstərir. Otel Qafqaz dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir və Qəbələ beynəlxalq aeroportundan 20 kilometr məsafədədir. Otelin otaqları xüsusi isti rənglərlə artdeko üslubunda hazırlanmışdır. Burada iki əsas restoran, qəlyənaltı və tez qidalanmaq üçün restoran, spa, gözəlllik salonu, buxar otağı və digər xidmətlər mövcuddur.

Qış mövsümündə qonaqlar xizək sürmə, kanat yollarında gəzinti, qar motosikleti və qarda gəzinti kimi əyləncələrdən istifadə edə bilərlər.

 

Tur proqramı:

08:00 LT - Tufandağa transfer

12:00 LT - Tufandağa gəliş

Qış əyləncələrindən zövq almağın vaxtı!

Dağ-xizək dərsləri.

Asüdə vaxt.

18:00 LT -  Bakıya geri transfer.

22:00 LT - Bakıya gəliş.

 

Təklifin müddəti: 12.17.19 - 01.03.2020

Dillər: Rus və ya İngilis dilli bələdçi

Növ: Fərdi Tur

 

Transferin növləri (ümumi məbləğ):

Sedan - 190 USD (tutumu 01-03 nəfər)

Off roader - 220 USD (tutumu 01 - 03 nəfər)

Vito (Minivan) - 230 USD (tutumu 04 - 05 nəfər)

Sprinter (Mikroavtobus) - 250 USD (tutumu 06 - 14 nəfər

 

  • Bir günlük bələdçi ximdəti (9 saatlıq qrafik)
  • Tur programa və qonaq sayına uyğun nəqliyyat vasitəsi (9 saatlıq qrafik)
  • Rüsumlar
  •  Tufandag Mountains Resort-da əyləncə ödənişləri