Fizioterapiya mərkəzi "DUZDAĞ"

14.12.2019
8 gün / 7 gecə
1157 dan

Öz hisslərinizi Naxçıvandan gələn heyrətamiz mədəniyyətlə doldurun. Əsrlər boyu məşhur sənətkarları ilhamlandıran bu diyarın gözəlliklərindən zövq alın. Duzdağ 5 oteli Naxçıvan aeroportundan yarım saatlıq məsafədədir. Duzdağ otelində speleoterapiya müalicəsi üçün fizioterapevtik mərkəz (duz yataqları) vardır.

Steleoterapiya – bronx-ağciyər aparatının qeyri-spesifik müalicəsinin effektiv metodudur. Lakin hansı hallarda steleoterapiyanın göstərişə uyğun olduğu, hansı hallarda isə əks-göstəriş olduğu qeyd olunmalıdır.

Müalicənin təyin olunmasına göstərişlər:

  • Astma öncəsi.
  • I mərhələdə yüngül, orta və ağır dərəcəli, infeksion-allergik və atopik formalı bronxial astma.
  • Xroniki obstruktiv bronxit vəremissiya fazasında olan, 1-2-ci mərhələdəki xroniki pnevmoniya.
  • Astma komponentli xroniki bronxit.
  • Allergik rinitlər, xroniki, allergik rinosinusopatiya.
  • Pollinozlar.
  • Bronxial astma – 1-2-ci mərhələdə olan tənəffüs çatışmamazlığı və 1-ci mərhələdə olan ürək çatışmamazlığı.

Mehmanxanada aşağıdakı kateqoriyalardan olan nömrələr var:

  • Standart otaq - Sahəsi 28 m2, peyk televiziyası, telefon, naqilsiz İnternet, mərkəzləşmiş kondisioner, minibar, seyf, duş kabinəsi, tualet, makiyaj üçün stol, fen.
  • “Cuniyor Süit” - Sahəsi 42 m2, peyk televiziyası, telefon, naqilsiz İnternet, telefon, mərkəzləşmiş kondisioner, minibar, oturacaq dəsti, seyf, vanna, duş, tualet, makiyaj üçün stol, fen.
  • “VIP Süit” - Sahəsi 80 m2, 1 yataq otağı, 1 salon (qonaq otağı), bar, soyuducu, 2 peyk televiziyası, naqilsiz İnternet, telefon, mərkəzləşmiş kondisioner, salonda oturacaq dəsti, yemək stolu, seyf, 2 duş kabinəsi, 2 tualet, makiyaj üçün stol, fen.
  • Villa - Sahəsi 90 m2, 1 böyüklər üçün yataq otağı, “Twin bed” tip çarpayılı 1 yataq otağı, 1 salon (qonaq otağı), 2 peyk televiziyası, naqilsiz İnternet, telefon, Split-kondisioner, salonda oturacaq dəsti, yemək stolu, seyf, vanna otağı, tualet, makiyaj üçün stol, fen.

Həmçinin, oteldə aşağıdakı xidmətlər var:

  • Basketbol
  • Tennis
  • Oyun salonu
  • Uşaq oyun salonu
  • İdman salonu
  • Canlı musiqi
  • SPA mərkəzi
  • Türk hamamı
  • Sauna
  • Buğ hamamı
  • Cakuzi

Əks göstərişlər:

  • Tənəffüs sisteminin kəskin mərhələdə olan bütün qeyri-spesifik xəstəlikləri.
  • Bronxial astmanın mürəkkəb fazasının I mərhələsində və II mərhələdə.
  • Ürək çatışmamazlığının subkompensasiya və dekompensasiya dövründə.
  • Qan dövranı çatışmamazlığının I-II mərhələsində və arteriosklerotik kardioskleroz dövründə.
  • Böyrəklərin kəskin və xroniki xəstəlikləri dövründə.
  • O cümlədən, böyrək və öd daşı xəstəliklərində.
  • Mədə və onikibarmaq bağırsağın xorası xəstəliyi zamanı.
  • Xroniki hepatit və xolesistit zamanı.
  • Tireotoksikoz zamanı.
  • Orta və ağır mərhələdə olan şəkərli diabet zamanı.
  • Burunda poliplər və haymorit olduğu zaman.
  • Ağciyər vərəmi və bədxassəli şişlər zamanı.

Bundan əlavə, mədəndə müalicədə şərti əks göstərişlər də vardır:

  • Hormonal asılılıq vəziyyəti.
  • Radikulit.
  • Poliartrit.
  • Aşağı ətrafların amputasiyası zamanı.
  • oteldə gecələmə
  • gündə 3 dəfə qidalanma
  • transferlər 
  • müalicə 

Bir həftə üçün qiymətlər:

  • İki nəfərlik otaqda bir nəfər üçün - 580 AZN 
  • Bir nəfərlik otaqda - 745 AZN 

İki həftə üçün qiymətlər: 

  • İki nəfərlik otaqda bir nəfər üçün - 1115 AZN
  • Bir nəfərlik otaqda - 1404 AZN

 

Ətraflı məlumat və turun bronlaşdırılması üçün:

Ünvan: Səməd Vurğun küç. 34AZ1014Bakı, Azərbaycan

Тelefon: (+99412) 4374720

Faks: (+99412) 4374723

Email: incoming@swtravel.az

Facebook səhifəmiz