Yeni İl Parisdə

30.12.2018
8 gün / 7 gecə
877 dan

Yeni İli harada keçirəcəyinizi düşünmüsünüz? Düşünməmisinizsə Parisə xoş gəldiniz! Əgər siz bu bayramı Fransanın paytaxtında qeyd etsəniz, özünüzə hədiyyə etmiş olacaqsınız, çünki bu gözəl şəhərə tamam başqa gözlə baxa biləcəksiniz.
Parisdə Yeni İli böyük təmtarahla qeyd edirlər. Bu vaxt şəhər öz möhtəşəmliyi ilə valeh edir. Bayram əhval-ruhiyyəsini artıq Yeni İlə bir neçə həftə qalmış hiss etmək olar. Şəhərdə rəngarəng illüminasiyalar yanır, evləri bayram işıqları ilə bəzəyirlər, küknar ağacları bəzədilir.

Yeni İldə qar nadir hallarda yağır, əvəzində ağacları süni qarla bəzəyirlər. Parisin əsas simvolu sayılan Eyfel qülləsi xüsusilə sehrli görünür.  Alış-veriş küçələrini gəzin-axşam mağazaların məşhur cizgi filmlərinin personajlarının fiqurları ilə bəzədilməsi sizi valeh edəcək.

Bayram illuminasiyası Parisin 120 küçəsini işıqlandırır, Yelisey bağlarının müxtəlif işıqlarla bəzədilmiş görünüşü isə insanı heyran edir. Şəhərin böyük dükanları- Galeries Lafayette, Printemps və BHV həmçinin biri-birindən gözəl bəzəkləri ilə öyünə bilərlər.

 

  • Bakı-Paris-Bakı marşrutu ilə uçuş
    J2 073   30DEC  GYDCDG  0630 0920
    J2 074   06JAN  CDGGYD 1020 1830                              
  • Aeroport-otel-aeroport xətti üzrə qrupşəkilli çatdırılma
  • Parisdə seçilmiş oteldə 7 gecə yaşayış
  • Səhər yeməyi
  • Rusdilli bələdçi ilə avtobusla qrup şəklində Parisdə ekskursiya
  • Sena çayı ilə kruiz gəmisində gəzinti
  • Fraqonar ətir fabrikinə ekskursiya
  • Parisin tarixi mərkəzinə ekskursiya
  • Monmantra ekskursiya
  • Sığorta
  • Viza

* Qiymət nömrədə 2 nəfər qalmaq şərti ilə 1 nəfər üçün göstərilmişdir.