Yeni il Sankt-Peterburqda

30.12.2018
8 gün / 7 gecə
538 dan

Sankt-Peterburq reytinq üzrə dünyanın ən gözəl şəhərləri sırasındadır və buna görə ilin hər fəsli çoxlu sayda turist axını heç kimi təəccübləndirmir. 
Yeni il tətili ərəfəsində turist sayı daha da artır, çünki bu vaxt şəhərin gözəl arxitekturası xüsusi atmosfer, sehrli işıqlar və çoxsaylı tədbirlərlə tamamlanır.

Yeni il burada hər zaman rəngarəng və unudulmaz keçir. Əsas küçələrdə və meydanlarda maraqlı tədbirlər həyata keçirilir. Məhz Yeni il axşamı isə Saray meydanında sizi rəngarəng çılçıraqları ilə Peterburqun qış gecəsini işıqlandıran atəşfəşanlıq gözləyir.

Daha çox insan ənənəvi olaraq 20:00-da proqramın başlandığı Saray meydanında yığılır. Şəhərin əsas şam ağacı da məhz burada qurulacaq. Şam ağacının işıqları və bəzəyi ildən-ilə daha da qeyri-adi olur. Buna görə 2019-cu ili burada qeyd etməyi planlaşdıran turistlər unudulmaz emosiyalar və inanılmaz gözəl şəkillər qazanacaqlar.

2019-cu ili harada keçirməyinizdən asılı olmayaraq mütləq uğurlu olacaq. Lakin Yeni ili Sankt-Peterburqda keçirməklə xoşbəxtlik hissini uzun zaman saxlayacaq və unutmayacaqsınız.

  • Avia uçuş: Azərbaycan Hava Yolları
    J2 019     30DEC    0800 1110
    J2 020     06JAN    2350 0425+1 
    Baqaj daxildir:23 kq və 10 kq əl yükü
  • Qrup transferi (hava limanı-otel-hava limanı)
  • Oteldə yerləşmə, səhər yeməyi;
  • Sığorta

* Qiymət nömrədə 2 nəfər qalmaq şərti ilə 1 şəxs üçün göstərilmişdir.