Əfsanələr şəhəri Naxçıvan

20.12.2018
7 gün / 6 gecə
200 dan

1 gün

  • 08:20 Bakıdan Naxçıvana uçuş
  • 10:30 Şəhərin mərkəzindəki oteldə yerləşmə.
  • Şəhər daxilində, tarixi abidələrə ekskursiya. “Xan sarayı” (ХVIII əsrə aid tarixi-memarlıq abidəsi, Naxçıvan xanlarının yaşayış evi olmuşdur), Qala kompleksi, Nuh Peyğəmbər türbəsi (Türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Sərdabəyə pilləkənlə enirlər. Sərdabənın ortasında daş dirək yerləşir. Rəvayətə görə, bu dirəyin altında Nuhun cənazəsi yerləşir. Hazırda türbə bərpa olunmuşdur), “Möminə Xatun” türbəsi (Eldənizlər sülaləsindən Azərbaycan Atabəyi Cahan Pəhləvanın anasının xatirəsinə bu adla tikilmişdir, mürəkkəb həndəsi ornament və Quran yazıları ilə ustalıqla bəzənmişdir), Əhməd Cavad məqbərəsi.
  • 18:00 Otelə dönüş
  • 18:30 Oteldə şam yeməyi

2 gün

  • 09:00 Səhər yeməyi
  • 10:30 Əshabi-Kəhfə ekskursiya. Müsəlman mifologiyasında təqiblər zamanı bir Allaha inancını qorumaq üçün mağarada gizlənən gənclərə Əshabi-Kəhf deyilir. Onlara dair epizodlar Quranın «Kəhf» (Mağara) adlı 18-ci surəsində verilmişdir. Qurana görə, gənclər Allaha onlara rəhm etməsi və haqq yola yönəltməsi üçün yalvarmışlar. Allah onların duasını eşidib, 309 il müddətinə yatırtmışdır. Bu illər onlara «bir gün və ya günün bir hissəsi» kimi gəlmişdir. Eyni mifologiya xristianlıqda da mövcuddur – «Yeddi yatanlar». Ordubad şəhərində ekskursiya.
  • Hava limanına transfer.
  • 21:00 Naxçıvandan Bakıya uçuş.
  • Oteldə gecələmə
  • HB qidalanma (Səhər və axşam yeməyi)
  • Ekskursiyalar
  • Transfer
  • Bələdçi xidməti

Bir nəfər üçün qiymət (qrupda 4 nəfər olmaq şərti ilə)

Grand Nakhchivan 3*- 200 AZN

Tebriz Hotel 5* - 260 AZN 

Bir nəfər üçün qiymət (2 nəfər olmaq şərti ilə)

Grand Nakhchivan 3*- 383 AZN

Tebriz Hotel 5* - 425 AZN 

Ətraflı məlumat və turun bronlaşdırılması üçün:

Ünvan: Səməd Vurğun küç. 34, AZ1014, Bakı, Azərbaycan

Тelefon: (+99412) 4374720

Faks: (+99412) 4374723

Email: incoming@swtravel.az

Facebook səhifəmiz