Qafqaz Karvansaray Gabala

2 gün / 1 gecə
65 dan

Dördulduzlu butik otel Qafqaz Karvansaray əfsanəvi Qəbələ şəhərində, şəhərin əsas ticarət mərkəzlərindən və Qəbələ Olimpiya Mərkəzindən bir neçə dəqiqə məsafədə yerləşir. Qafqaz Karvansaray otelinin konsepti fərdi və qrup qonaqlara Qəbələnin ürəyində təkraredilməz səyahət təcrübəsi yaratmaq, onları sakit və rahat bir qonaqlama ilə təmin etməkdir. Siz xüsusi diqqət ilə seçilmiş və rəngarəng müasir və eyni zamanda ənənəvi "Karvansaray" üslubunda bəzədilmiş mərtəbələri gəzərək öz pozitiv enerjinizi yenidən bərpa edə bilərsiz. Qəbələ şəhər mənzərəsi, müasir yemək seçimləri eləcədə spa xidməti xanımlara və bəylərə unudulmaz istirahət imkanları yaradacaq. Qafqaz Karvansaray oteli özəl və rahat istirahət sevən cütlüklər və ailələr üçün doğru seçimdir.

  • 1 gecə Deluxe otaqda yerləşdirmə - 2 nəfərə;
  • Səhər yeməyi
  • Spa xidmətləri: Türk hamamı, sauna, hovuz, idman zalı;