Litva Respublikasına viza

LİTVA RESPUBLİKASININ Azərbaycan Respublikasındakı SƏFİRLİYİ
Bakı şəh., Dadaşov Süleyman küç. 35
Tel:         (+99412) 537-04-07:(+99412) 537-04-08
Faks:      (+99412) 510-86-88
İnternet səhifəsi: www.az.mfa.lt

Viza almaq üçün lazım olan sənədlər

1. Xarici pasport: 

- pasportda sahibinin imzası olmalıdır; 
- pasportun etibarlılıq müddəti keçmiş olmamalı; 
- pasport dönüş tarixindən sonra ən azı 3 ay etibarlı olmalı; 
- pasportda ən azı iki təmiz vərəq olmalı; 
- pasportda şübhəli qeydlər və ya ştamplar varsa, onların səbəbini izah edən tam məlumat verilməlidir; 
xarici pasporta uşaq daxil edilibsə, onun fotoşəkli yapışdırılmalı (uşağın yaşından asılı olmayaraq). 15 yaşına çatmış şəxslər pasport təqdim etməlidirlər
- əgər Siz yeni pasportunuzu təqdim edirsinizsə, əvvəlki istifadə olunmuş xarici pasportunuzu da təqdim etməlisiniz (və ya viza olan səhifələrin surətlərini).

2. Viza olan səhifələr daxil edilməklə, pasportun surəti.

3. Aviabiletin bronu

4. İş yerindən arayış müəssisənin firma blankında ünvanı, telefon nömrəsi və adı ilə; arayışda göstərilməlidir: 

- vəzifə; 
- bu şirkət və ya təşkilatda çalışmağa başladığınız tarix; 
- ə/h göstərilməklə 
Təqaüdçülər, işsizlər, tələbələr və məktəblilər təqdim etməlidirlər: 
- onların səyahətini maliyyələşdirən şəxsin iş yerindən arayışını; 
- təqaüdçü və ya tələbə vəsiqəsini (məktəblilər - məktəbdən arayışı).

5. Maliyyə vəsaitin mövcudluğunu təsdiq edən sənəd. 
- Bankdan hesabı barədə arayış (bir gün üçün 100 Euro)
- Plastik bank kartının surəti 

6. 2 ədəd eyni rəngli fotoşəkil; son 6 ay ərzində çəkilmiş olmalı və aşağıdakı tələblərə cavab verməlidir:
- hər fotoşəklin ölçüsü 3,5 x 4,5 cm
- yalnız ağ fonda
- aydın və açıq təsvir.

7. Ər-arvad nikah haqqında şəhadətnaməni təqdim etməlidir.

8. Tibbi sığorta.

Səfirliklərin tələblərinə uyğun olan qabaqcadan rəsmiləşdirilmiş sığorta tələb olunduqda, sığorta polisinin əsli təqdim edilməlidir.

9. Əgər uşaq (15 yaşına çatmamış) valideynlərinin biri ilə və ya üçüncü şəxsin müşayiəti ilə səyahətə çıxırsa, valideyn(lər)in uşağın bu müşayiət edən şəxslə çıxmasına yazılı razılığının surətini təqdim etmək lazım olacaq.
Sənəddə göstərilməlidir:
- səfərin planlaşdırıldığı ölkə;
- etibarnamənin etibarlılıq müddəti (üç aydan artıq olmamalı).

10. Səyahət edəcək həddi büluğa çatmamış (18 yaşına çatmamış) bütün uşaqlar üçün doğum haqqında şəhadətnaməsinin adi surəti.

11. Bəzi xarici dövlətlərin vətəndaşları da xarici ölkələrin Azərbaycandakı konsulluqlarına viza üçün müraciət edə bilərlər.
Bu halda onlar aşağıdakıları təqdim etməlidirlər: 
- qaldığı yerdə qeydiyat (və ya onu əvəz edən sənəd) – müraciət edildiyi vaxt ən az altı ay etibarlılıq müddəti qalmalıdır; 
- iş yerindən arayış.

12. Səfirliyin təyin etdiyi formada və şəxsən ərizəçi tərəfindən imzalanmış anket (18 yaşına qədər uşaqların əvəzinə anketi valideynlər imzalayırlar, 18 yaşlı ve daha böyük uşaqlar anketi özləri imzalayırlar). Anket, yalnız hər maddəsi doldurulubsa, səfirlik tərəfindən qəbul olunur. Anket «Silk Way Travel» işçiləri tərəfindən doldurulur. Ərizəçi anket üçün məlumatları təqdim edir və Səfirliyin anket blankını şəxsən imzalayır.

Diqqət! Pasportda digər ölkələrin ştampları ilə ləğv edilmiş əvvəlki Litva vizalarının olması vizanın rədd edilməsinə səbəb ola bilər.

Diqqət! Səfirlik əlavə sənədlər tələb edə bilər. 
 
Viza rüsumu 0-11 yaş uşaqlara,təqaüdçülər,əlillər,təhsil almaq uçün geden tələbələrə,beynəlxalq yarış iştirakçılarına ( 80 AZN )