Xorvatiya Visa

Viza almaq üçün lazimi sənədlər:

1. Xarici pasport:
- pasport sahibinin imzası;
- etibarlılıq müddəti keçməməli;
- dönüş tarixindən sonra ən azı 3 ay etibarlı olmalı;
- pasportda ən azı iki təmiz vərəq olmalı;
- şübhəli qeydlər və ya ştamplar varsa, onların səbəbini izah edən tam məlumat verilməlidir;
- xarici pasporta uşaq qeyd olunubsa, onun fotoşəkli əlavə edilməli (uşağın yaşından asılı olmayaraq). 18 yaşına çatmış şəxslərə pasport təqdim etməlidirlər
- əgər Siz yeni pasportunuzu təqdim edirsinizsə, əvvəlki istifadə olunmuş xarici pasportunuzu da təqdim etməlisiniz (və ya viza olan səhifələrin surətlərini).

2. Viza olan səhifələr daxil edilməklə, pasportun surəti.

3. Aviabiletin bronu

4. İş yerindən arayış müəssisənin firma blankında ünvanı, telefon nömrəsi və adı arayışda göstərilməlidir:
- vəzifə;
- bu şirkət və ya təşkilatda çalışmağa başladığınız tarix;
- ə/h göstərilməklə
Təqaüdçülər, işsizlər, tələbələr və məktəblilər təqdim etməlidirlər:
- onların səyahətini maliyyələşdirən şəxsin iş yerindən arayışını;
- təqaüdçü və ya tələbə vəsiqəsini (məktəblilər - məktəbdən arayışı).

5. Maliyyə vəsaitin mövcudluğunu təsdiq edən sənəd. Bankdan hesabı barədə arayış (bir gün üçün 100 Euro). bank hesabından çıxarış; bankın kredit kartının surəti.

6. 2 ədəd eyni rəngli fotoşəkil; son 6 ay ərzində çəkilmiş olmalı və aşağıdakı tələblərə cavab verməlidir:
- hər fotoşəkilin ölçüsü 3,5 x 4,5 mm (BIOMETRIC –əsas planda üz hissəsi)
- yalnız ağ fonda
- aydın və açıq təsvir.

7. Evlilik (nigah) haqqında şəhadətnaməni təqdim etməlidir.

8. Tibbi sığorta. Səfirliklərin tələblərinə uyğun olan qabaqcadan rəsmiləşdirilmiş sığorta tələb olunduqda, sığorta polisinin əsli təqdim edilməlidir.

9. Əgər uşaq (18 yaşına çatmamış) valideynlərinin biri ilə və ya üçüncü şəxsin müşayiəti ilə səyahətə çıxırsa, valideyn(lər)in uşağın müşayət edən bu şəxslərə yazılı razılığının surətini təqdim etməlidir.
Sənəddə göstərilməlidir:
- səfərin planlaşdırıldığı ölkə;
- etibarnamənin etibarlılıq müddəti (üç aydan artıq olmamalı).

10. Səyahət edəcək həddi büluğa çatmamış (18 yaşına çatmamış) bütün uşaqlar üçün doğum haqqında şəhadətnaməsinin adi surəti.

11. Bəzi xarici dövlətlərin vətəndaşları da visa üçün müraciət edə bilərlər.
Bu halda onlar aşağıdakıları təqdim etməlidirlər:
- yaşayış yerindən qeydiyyat (və ya onu əvəz edən sənəd) – ən azı 6 (altı) ay üçün etibarlı olmalıdır;
- iş yerindən arayış.

12. Səfirliyin təyin etdiyi formada və şəxsən ərizəçi tərəfindən imzalanmış anket (18 yaşına qədər uşaqların əvəzinə anketi valideynlər imzalayırlar, 18 yaşlı ve daha böyük uşaqlar anketi özləri imzalayırlar). Anket, yalnız hər maddəsi doldurulubsa, səfirlik tərəfindən qəbul olunur. Anket «SilkWay Travel» şirkətinin əməkdaşları tərəfindən doldurulur. Ərizəçi anket üçün məlumatları təqdim edir və Səfirliyin anket blankını şəxsən imzalayır.

Qeyd: anketin 3 səh.-si imzalanır

13. Diqqət! Səfirlik əlavə sənədlər tələb edə bilər.
Diqqət! Müzakirə üçün bütün sənədlər İstambula konsul bölməsinə göndərilir.
Vizanın qiyməti 150 AZN-dir (12 yaşınadək pulsuzdur)
Konsolluqda sənədlərin baxılma müddəti:
Sənədlərə təxminən 3-14 gün ərzində baxılır.