Azərbaycana viza

E-Viza haqqında məlumat

Vizanın qiyməti (böyüklər və uşaqlar üçün) 40 dollar təşkil edir.

Viza 3-5 (üç-beş) iş günü ərzində verilir.

Viza üçün tələb olunan sənədlər və məlumatlar:

JPEG formatında pasportun əsas səhifəsinin rəngli surəti

Aşağıdakı sualları cavablandırmaq:

  1. Azərbaycana gəliş tarixi
  2. Pasportun növü (Adi, Diplomatik, Xidməti, Xüsusi, Rəsmi, Vətəndaşlığı olmayan şəxslər üçün)
  3. Doğulduğu yer (şəhər)
  4. Ünvan
  5. Azərbaycanda yaşayış yerinin ünvanı
  6. Mobil nömrə
  7. Nə vaxtsa Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi icazəsi olmadan səfər etmisinizmi?

Vizanın verilməsi ilə bağlı şərtlər

Viza Silk Way Travel-dan otel bron edildiyi halda verilə bilər.

Viza üçün müraciət edərkən, vizaya zəmanət verilmir.

Vizanın verilməsindən imtina səbəb göstərilmədən ola bilər və həyata keçirilən ödənişlər geri qaytarılmır

Viza 30 gün müddətinə etibarlıdır

Elektron viza Azərbaycan Respublikasına səyahət etmək və daxil olmaq üçün ilkin giriş icazəsidir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş hallarda girişə icazə verilməyə bilər;

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron viza almaq üçün Azərbaycan Respublikasına gəlmə tarixindən ən azı 3 iş günü əvvəl müraciət etməlidirlər;

Elektron viza etibarlılıq müddəti ərzində istifadə olunmazsa, o qüvvədən düşür;

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər

İkili və ya daha çox vətəndaşlığı olan əcnəbilər elektron vizanın alınması ilə bağlı müraciət etdikdə səyahət zamanı istifadə edəcəkləri sərhədkeçmə sənədinə uyğun olan ölkəni seçməlidir.

Elektron vizanın alınması ilə bağlı müraciət edilərkən istifadə edilən sərhədkeçmə sənədi səyahət zamanı təqdim edilən sərhədkeçmə sənədindən fərqli olarsa, elektron viza etibarsız hesab edilir

Elektron viza sərhədkeçmə sənədinə yapışdırılmır

Elektron viza əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən sərhədkeçmə sənədi ilə birgə təqdim olunur;

Sərhədkeçmə sənədi olmadan, vizasız və ya etibarlı olmayan sərhədkeçmə sənədi ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmadan, gəldikləri ölkəyə qaytarılacaqlar

Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan (o cümlədən ölkə daxilində olduğu yeri dəyişdikdə) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər hər hansı dövlət rüsumu ödəmədən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmaq üçün qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyətinə və ya mənzilin, digər yaşayış sahəsinin sahibinə müraciət etməlidir;

Tez-tez verilən suallar

E-viza üçün müraciət etdikdə pasportun etibarlılıq müddəti nə qədər olmalıdır?

Pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan elektron vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır

E-vizanın verilməsində imtina edildikdə nə etməli?

Elektron vizanın verilməsində imtina edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanın alınması üçün Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə yenidən müraciət edə bilərlər.

E-vizanın etibarlılıq müddətindən daha artıq zaman Azərbaycan Respublikasında qalmaq istədikdə nə etmək lazmdır?

Siz Azərbaycan Respublikasının Dövlət Migrasiya Xidmətinə müraciət etməlisniz. Əlavə məlumatı www.migration.gov.az internet səhifəsinə ala bilərsiniz.

E-vizanın tətbiq edildiyi ölkə vətəndaşları Azərbaycan Respublikasının sərhəd-keçid məntəqələrində e-viza üçün müraciət edə bilərlər?

Xeyir. E-viza ərizəsinə Azərbaycan Respublikasına planlaşdırılan səfər tarixindən minimum 3 iş günü əvvəl müraciət edilməlidir.