+994(12) 598-88-80 / 437-40-85
+ 994 (12) 437-40-87
*8880
info@swtravel.az; tourism@swtravel.az
Azərbaycan, Bakı,
Nizami küç. 126A
Fransa-Belçika-Nederland
912 EUR-dan
Viza almaq üçün lazım olan sənədlər
1. Xarici pasport:
- pasportda sahibinin imzası olmalıdır;
- pasportun etibarlılıq müddəti keçmiş olmamalı;
- pasport dönüş tarixindən sonra ən azı 3 ay etibarlı olmalı;
- pasportda ən azı iki təmiz vərəq olmalı;
- pasportda şübhəli qeydlər və ya ştamplar varsa, onların səbəbini izah edən tam məlumat verilməlidir;
2. Viza olan səhifələr daxil edilməklə, pasportun surəti.
3. Aviabiletin bronu
4. İş yerindən arayış müəssisənin firma blankında ünvanı, telefon nömrəsi və adı ilə; arayışda göstərilməlidir:
- vəzifə;
- bu şirkət və ya təşkilatda çalışmağa başladığınız tarix;
- ə/h göstərilməklə
Təqaüdçülər, işsizlər, tələbələr və məktəblilər təqdim etməlidirlər:
- onların səyahətini maliyyələşdirən şəxsin iş yerindən arayışını;
- təqaüdçü və ya tələbə vəsiqəsini (məktəblilər - məktəbdən arayışı).
5. Maliyyə vəsaitin mövcudluğunu təsdiq edən sənəd.
- Bankdan hesabı barədə arayış (bir gün üçün 100 Euro)
- Plastik bank kartının surəti
6. 2 ədəd eyni rəngli fotoşəkil; son 6 ay ərzində çəkilmiş olmalı və aşağıdakı tələblərə cavab verməlidir:
- hər fotoşəklin ölçüsü 3 x 4 cm
- yalnız ağ fonda
- aydın və açıq təsvir.
7. Ər-arvad nikah haqqında şəhadətnaməni təqdim etməlidir.
8. Tibbi sığorta.
Səfirliklərin tələblərinə uyğun olan qabaqcadan rəsmiləşdirilmiş sığorta tələb olunduqda, sığorta polisinin əsli təqdim edilməlidir.
9. Əgər uşaq (18 yaşına çatmamış) valideynlərinin biri ilə və ya üçüncü şəxsin müşayiəti ilə səyahətə çıxırsa, valideyn(lər)in uşağın bu müşayiət edən şəxslə çıxmasına yazılı razılığının surətini təqdim etmək lazım olacaq.
Sənəddə göstərilməlidir:
- səfərin planlaşdırıldığı ölkə;
- etibarnamənin etibarlılıq müddəti (üç aydan artıq olmamalı).
10. Səyahət edəcək həddi büluğa çatmamış (18 yaşına çatmamış) bütün uşaqlar üçün doğum haqqında şəhadətnaməsinin adi surəti.
Diqqət! Səfirlik əlavə sənədlər tələb edə bilər.
Viza rüsumu - 100 AZN. Konsulluq yığımı - 50 USD.
Bodruma tur əldə edin, biz aviabiletinizi biznes sinfinə pulsuz dəyişdirək.
"Azərbaycan Hava Yolları" (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə müntəzəm sərnişin reyslərini həyata keçirilməsinə başlayacaq.
Aprelin 5-i SilkWay Travel təşkilati dəstəyi ilə "Çin-EdenTravel" turizm şirkətinin təqdimatı keçirilib