Dubay şoppinq festivalı
259 USD-dan 

Istanbul
262 USD-dan

Barselona-Madrid
720 EUR-dan
 

Praqa
365 EUR-dan 

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Turlar
Otellər
Flights
Cars
Əsas Turistlərə Turist üçün qeyd

Turist üçün qeyd

Xaricə gedərkən bunları bilmək lazımdır!

Xaricdə istirahət seçərkən qabaqcadan o ölkənin qayda-qanunları, adətləri ilə tanış olmalısınız. Sadə məsləhətlərə əməl etsəniz, məzuniyyətinizi poza biləcək hadisələrin qarşısını ala bilərsiniz.

Turistlər üçün ümumi məsləhətlər

Səyahət etmədən öncə pasport məlumatlarınızın düzgünlüyünü diqqətlə yoxlayın: SAA, doğulduğu tarix, cins, etibarlılıq müddəti (xüsusilə pasport təzədirsə). Bir sıra dövlətlərin qanunvericiliyinə görə, pasportun etibarlılıq müddəti ölkəyə daxil olma tarixindən əz azı altı ay sonra başa çatmalıdır. Xarici pasporta uşaqlar da qeyd olunubsa, onların haqqındakı məlumatların düzgünlüyünü və fotoşəkillərin olmasını yoxlamaq lazımdır. Sənəddə zədə, ləkə, kənar yazılar olmamalıdır. Xaricdə ikən pasportunuzu üzərinizdə saxlayın və heç kəsə saxlamaq üçün, yaxud girov kimi verməyin.

Ölkəyə daxil olmaq üçün viza lazımdırsa, vizanı qabaqcadan rəsmiləşdirin. Təyinat məntəqəsinə digər dövlətlərin ərazisindən tranzit yolu ilə gedirsinizsə, tranzit vizaların rəsmiləşdirilməsi və eləcə də geri dönüş tarixini nəzərə alaraq vizanın etibarlılıq müddəti barədə əvvəlcədən məlumat alın.

Bütün nəqliyyat növləri üzrə biletlərdə soyadı eynən pasportdakı kimi yazılmalıdır. Keçdiyiniz yolun və giriş-çıxış tarixlərinin biletlərdəki məlumatlara tamamilə uyğun gəlməsini yoxlayın. Biletlərin, pasportun (həm xarici, həm də daxili) biometrik məlumatlar, viza, qeydiyyat möhrü səhifələrinin, sürücülük vəsiqəsinin, kredit kartlarının, turizm vauçerinin, dəvətnamələrin surətini çıxartmaq məsləhət görülür. Mütləq özünüzün və uşaqlarınızın ehtiyat pasport fotoşəkillərini götürün. Bunlar xarici pasport itdiyi təqdirdə və eləcə də getdiyiniz ölkədə yarana biləcək digər vəziyyətlərdə lazım ola bilər. Surətləri əsillərindən ayrı saxlamaq lazımdır.

Səyahəti planlaşdırarkən bir sıra ölkələrdə xarici vətəndaşların daxil olması məhdud və ya qadağan olan bölgələrin olduğunu nəzərə almaq lazımdır.

18 yaşına qədər uşaqlar valideynin müşayiəti olmadan və ya valideynlərindən biri ilə xaricə gedərkən, uşaq bir tanış və ya qrupu müşayiət edən adamla birlikdə getdiyi təqdirdə, xarici pasportdan əlavə valideynlərin (ikinci valideynin) uşağının bu şəxsin müşayiəti ilə səyahət etməsinə notarial qaydada təsdiq olunmuş razılığı və doğum haqqında şəhadətnaməsinin əsli olmalıdır.

İsti iqlim və təhlükəli yoluxma xəstəliklərinin olması (hepatit, ovma, çiçək, malyariya, taun, qarın yatalağı və s.) şəraitində Asiya, Afrika və Cənubi Amerikanın bir sıra ölkələrində sanitar-gigiyenik ehtiyat tədbirləri görmək lazımdır. Meyvə və tərəvəzi antibakterial sabunla yumaq və yalnız fabrikada bağlanmış butulkalardan su, süd və şirə içmək təkidlə məsləhət görülür. Rica edirik, krandan gələn suyu içməyin! 

Çimərlikdə istirahətə gedirsinizsə, günəş qoruma kremini unutmayın, uzun zaman qızmar günəş şüalarına birbaşa məruz qalmayın. 

İstirahətinizin ilk günlərində sizə yerli mətbəxin yeməklərini dadmağa tələsməməyi məsləhət görürük. Bədəninizin yeni yeməklərə tədricən adət etməsinə yol verin.

Xidmət üçün bəxşiş vermək, demək olar ki hər ölkədə qəbul olunmuş qaydadır. Adətən hesaba 10%-i əlavə olunmalıdır. Göstərdiyi xidmət ilə müştərini razı salan avtobus sürücüləri, yükdaşıyanlar, bələdçilər bəxşişlərə layiq sayılırlar. Hər halda, bəxşiş miqdarı sizin səxavətinizdən və sizə təqdim edilən xidmətlərdən nə qədər razı olmağınızdan asılıdır.

Bir sıra Avropa ölkələrində və eləcə də ABŞ-də ictimai yerlərdə, restoran və barlarda papiros çəkməyin qanunla qadağan edildiyini nəzərə almaq lazımdır. Habelə dünyanın bəzi guşələrində, məsələn, Sinqapurda müəyyən olunmayan yerlərdə hər hansı zibilin tullanılması üçün böyük cərimələr tətbiq olunur.

Səyahətiniz və qalacağınız yer barədə qohum-əqrəbanıza və dostlarınıza xəbər verin, əlaqə telefon nömrələrinizi də onlara verin. Azərbaycanın getdiyiniz ölkədəki Səfirliyinin və qalacağınız yerə ən yaxın olan Konsulluğunun telefon nömrələrini qeyd edin.

Hava limanında 
Uçuşdan 2 saat öncə hava limanına gəlməlisiniz. Uçuşa 40 dəqiqə qalmış qeydiyyat başa çatır.
Gömrük bəyannamısini (lazım olsa) doldurmağı unutmayın. Verdiyiniz baqajın qəbzlərini saxlayın, bunlar sizə baqaj itdiyi təqdirdə lazım olacaq. Problem baş verdikdə turist firmasının nümayəndəsinə və ya bir hava limanı əməkdaşına müraciət etməyi məsləhət görürük. Aviabilet, pasport, pul və digər qiymətli şeylərinizi hər zaman üzərinizdə saxlamaq yaxşıdır. Bundan əlavə bunu də nəzərə almalısınız ki, avianəqliyyatda təhlükəsizlik tələblərinin sərtşəlməsi səbəbi ilə iti və kəsici əşyaların, habelə silaha bənzəyən uşaq oyuncaqları və digər əşyaların əl baqajında daşınmasına icazə verilmir.

Mehmanxanada
Mehmanxanaya gəlib-çatdıqdan sonra qalma və yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirin. Giriş və çıxışların, liftlərin, pilləkənlərin yerləşməsini yaxşı öyrənin. Mehmanxananın vizitkasını götürmək və gözlənilməyən vəziyyətlərdə səlahiyyətli orqanlarla necə əlaqə saxlamağı öyrənmək məqsədəuyğun olar.

Bütün mehmanxanalarda sutka günorta saat 12-də başlayır və sona çatır. Buna görə də əgər siz bu vaxtdan öncə gəlib-çatırsınız və ya mehmanxananı bundan sonra tərk edirsinizsə, mehmanxananın hollunda və ya barında bir az oturub gözləməli, yaxud əşyalarınızı qorunan bir otaqda qoyub küçələri, dükkanları və ya çimərliyi gəzməli olacaqsınız. Lakin otağınızı çox bəyənmisiniz və hava limanına transferə qədər onu tərk etmək istəmirsinizsə, mehmanxananın ən yüksək qiymətləri ilə yarım sutkanı və ya tam sutkanı ödəməyə hazır olun.
Nəğd pulunuzu otağınızda qoyub təhlükəyə salmayın – ən təhlükəsiz ölkələrdə və ən yüksək dərəcəli otellerdə belə, bunu etmək məsləhət görülmür. Pulu, sənədləri, qiymətli əşyaları mehmanxanaların çoxunda administratorun yanında və ya otaqda olan və bir qayda olaraq kiçik məbləğ müqabilində istifadəyə verilən seyfdə saxlamaq lazımdır. 

Mehmanxanadan çıxdığınız gün bütün əlavə otel xidmətlərini, minibar, telefon danışıqları, otağa sifariş etdiyiniz yemək və içkiləri və s. ödəməlisiniz.

Yadınızda saxlayın ki, mehmanxana hollundakı telefon-avtomatda beynəlxalq danışıqlar otağınızdan daha ucuz olar.
Mehmanxanadan çıxdığınız hər dəfə otağınızın açarını administratorun masasında buraxmalısınız, lakin qonaq kartınızı həmişə üstünüzdə saxlamalısınız, çünki o mehmanxanaya daxil olmaq və taksi sürücülərinə yolu göstərmək üçün sizə lazım olar.

İctimai yerlərdə
Böyük turistik mərkəzlərdə xüsusilə ehtiyatlı olun və şəxsi əşyalarınıza nəzarət edin. Pullarınızı ayrı-ayrı ciblərinizə qoyun. Sənədləriniz, biletləriniz, yaxud kredit kartlarınız oğurlandığı təqdirdə, əvvəl polisə, sonra Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğuna müraciət etməlisiniz. Qrupu müşayiət edən şəxsə (belə şəxs varsa) bileti yeniləmək, bank kartını bloklaşdırmaq vacibliyi barədə xəbər verin.

Avtonəqliyyatda səyahətlər
Avtomobil kirayə götürmüsünüzsə, bütün sənədlərin, xüsusən sığortanın rəsmiləşdirilməsini diqqətlə yoxlayın, belə ki qəza olsa, zərərin ödənməsi üçün həddən artıq çox xərciniz çıxmasın və məhkəmə işi açılmasın.
Sərhədi keçərkən təsadüfi şəxslərin, məsələn, artıq yük səbəbi ilə özgənin əşyalarını nəzarət məntəqələrindən keçirmək xahişlərini yerinə yetirməkdən imtina etmək lazımdır; narkotik vasitələrinin, partlayıcı qurğuların, zəhərləyici maddələrin və təhlükəli xəstəlik törədicilərin qanunsuz olaraq gizlicə daşınması üçün istifadə oluna biləcək predmetləri (məktub, qutu, baqaj və s.) nəzarət məntəqəsindən keçirməyi xahiş edən naməlum şəxslərdən bunları, hətta mükafat müqabilində belə, qəbul etmək olmaz.

Günün otelləri
Ibis Lilienstein
AZN 109.4
Prager Strasse 13, Dresden
Orchid Hotel And Spa
AZN 26.41
320 Soi.7 Ban Kalim Beach, Phuket
Five Seas Hotel Cannes
AZN 625.79
1 Rue Notre Dame, Cannes
Check Inn Ankara
AZN 155.37
Kennedy Cad. No: 144 06700, Ankara
Pierre
AZN 343.91
Via De Lamberti 5, Florence
Bilderberg Hotel Jan Luyken
AZN 289.54
Jan Luykenstraat 58, Amsterdam
Sofitel Munich Bayerpost
AZN 363.47
Bayerstrasse 12, Munich
Novotel London Excel
AZN 183.07
7 Western Gateway Royal Victoria Dock, London
Mercure Paris Saint Lazare Monceau
AZN 179.78
99 Bis Rue De Rome, Paris
Oasis
AZN 175.59
Pla De Palau 17, Barcelona
Bizimlə əlaqə
Xəbərlər
13 Yanvar
JA Jebel Ali Beach Hotel və JA Palm Tree Court viza hədiyyə edirlər

1-31 mart 2017 tarxilərində BƏƏ-yə viza hədiyyə olunur  

6 Dekabr
Sankt-Peterburq şəhəri World Travel Awards mükafatı ilə təltif olunub

Həmçinin, dünyanın ən yaxşı turistik istiqaməti adını qazanıb. 

Bütün xəbərlər