Dubay şoppinq festivalı
259 USD-dan 

Istanbul
262 USD-dan

Barselona-Madrid
720 EUR-dan
 

Praqa
365 EUR-dan 

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Turlar
Otellər
Flights
Cars
Əsas Turistlərə Sığorta

Sığorta

Bu gün artıq heç bir turist agentliyi yoxdur ki, tam sənəd komplektinə sığorta polisini daxil etməsin. Lakin həmişə məlum deyil ki, məsələn, bir çox hallarda operativlik və müştəri üçün cəlbedici ucuzluq üçün qısaldılmış sığorta proqramları satılır. Bu, o deməkdir ki, onlara minimal xidmətlər daxil edilmişdir, bunlar xəstəlik və ya travma zamanı tələb oluna bilər. Onlara müalicə xərcləri, tibbi çatdırılma üzrə xidmətlər, ölüm halında çatdırılma daxildir. Bir proqramın başqasından fərqlənməsi, adətən, stomatoloji yardımın daxil edilməsi ilə ola bilər.

Əslində sığortanın imkanları daha genişdir. Standart minimal dəstdən başqa polisə fövqəladə hallarda qohumların gəlişinin təşkili və ölkəyə vaxtından əvvəl qayıdışın təşkili daxil edilə bilər. Əgər uşaqlar gedirsə - uşaqların vaxtından əvvəl qayıtmasının təşkili daxil edilə bilər. Əgər yük itərsə və ya sənədlər oğurlanarsa – sənədlərin və yükün itirilməsi zamanı köməklik göstərilə bilər.

Tur üçün artıq sizdə olan sənədləri təqdim edərək, polisi ayrıca sığorta şirkətində də əldə etmək olar. Doğrudur, ofisə getmək üçün vaxt ayırmaq lazım gələcəkdir. İşin əslində, bütün ehtimal olunan vəziyyətlər artıq nəzərə alınmışdır, başlıcası – təqdim olunan imkanları öz marağınıza uyğun olaraq istifadə etməyi öyrənməkdir.


Əgər sığorta polisinin tərtibində istirahət zamanı dayvinqlə, dağ xizəkləri ilə, idmanın ekstremal növləri ilə məşğul olacağınız barədə xəbərdarlıq etmirsinizsə və əlavə ödəniş etmirsinizsə, aldığınız travmalar sığorta halları təyinatına düşməyəcəkdir. Özünüzü böyük riskə məruz qoyarkən, sığorta ödənişinin artırılması zərurətini nəzərə almaq lazımdır, əks halda ödəmə həyata keçirilməyə bilər.

SilkWay Travel öz turistlərinə ən geniş imkanlarla sığorta təklif edir.


Xarici ölkəyə səfərə hazırlaşarkən, biz adətən yaxşı dincəlməyi və istirahətdən zövq almağı nəzərdə tuturuq. Səyahətiniz  zamanı sağlamlığınızla bağlı gözlənilməz problemlər yaranmaması üçün əvvəlcədən sığorta mühafizəsi haqqında düşünərək “"İpək Yolu Sığorta"” şirkətindən səyahətçilərin sığortası polisi (sığorta vəsiqəsi) əldə edə bilərsiniz.
 
Sığorta vəsiqəsi aşağıdakı xərclərin ödənilməsini təmin edir:
  •   Təcili tibbi xərclər,təcili stomatoloji yardım,təcili tibbi evakuasiya.
  •   Bədbəxt hadisə.
  •   Fərdi məsuliyyətin xərcləri.
  •   Repatriasiya və daşınma xərcləri.
  •   Pasportun itirilməsi xərcləri.
  •   Təcili məlumatların çatdırılması.
  •   Əlaqələndirmə xidmətləri.
  •   Xəstəxanada qalma müavinəti, xəstəxanada keçirilən hər 24 saatın xərcləri.
 
Səyahət sığortası necə fəaliyyət göstərir:
 
Dünya üzrə müştərilərimizə xidmətin göstərilməsini partnyorumuz – İngiltərənin “Specialty Assistance” şirkəti həyata keçirir. “Specialty Assistance” şirkəti müştərilərimizə əlavə telefon xətti ilə rahat nömrə yığma üsulunu təklif edir. Qeyri-adi hadisə baş verdiyi halda “Specialty Assistance” şirkətinin sığorta vəsiqəsində göstərilmiş nömrəsinə zəng etməyinizi xahiş edirik. Bu halda şirkətin nümayəndələri Sizə lazım olan bütün tibbi və ya digər köməyin göstərilməsini təmin edəcəkdir.

Silk Way Insurance

Günün otelləri
Atalay
AZN 92.85
Cankiri Caddesi No: 20 Ulus, Ankara
Hotel Russell
AZN 405.51
1 8 Russell Square Bloomsbury, London
Top Vch Hotel Wartburg Stuttgart
AZN 169.9
Lange Strasse 49, Stuttgart
Emperador
AZN 285.79
Gran Via 53, Madrid
Cdh Hotel Milano Niguarda
AZN 79.7
Via Xxv Aprile 49 51, Milan
Rafaelhoteles Ventas
AZN 92.96
Alcala 269, Madrid
Akasaka Excel Hotel Tokyu
AZN 230.33
2 14 3 Nagata Cho Chiyoda Ku, Tokyo
La Villa Palace
AZN 116.25
Al Asmakh Street, Doha
Auto Park
AZN 78.63
Via Valdegola 1, Florence
Red Wall Garden Hotel
AZN 198.08
No.41 Shijia Hutong Dongcheng District, Beijing
Bizimlə əlaqə
Xəbərlər
13 Yanvar
JA Jebel Ali Beach Hotel və JA Palm Tree Court viza hədiyyə edirlər

1-31 mart 2017 tarxilərində BƏƏ-yə viza hədiyyə olunur  

6 Dekabr
Sankt-Peterburq şəhəri World Travel Awards mükafatı ilə təltif olunub

Həmçinin, dünyanın ən yaxşı turistik istiqaməti adını qazanıb. 

Bütün xəbərlər