Fransa-Belçika-Nederland
912 EUR-dan 

İtaliya - İsveçrə - Lixtenşteyn Knyazlığı
929 EUR-dan

Israilə Tur
791 USD-dən

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Flights
Otellər
Cars
Turlar
Əsas Turistlərə Turist kitabçası Otellərin klassifikasiyası

Otellərin klassifikasiyası

1* — standart ikiyerlik nömrə təxminən 8-10 kv.m olmalıdır. Nömrədə şkaf və ya asılqan, stullar, əlüzyuyan, güzgü, hər müsafir üçün iki dəsmal olmalıdır. Gündəlik yığışdırılma, hər 7-8 gündən bir yataq ağları, hər 3-4 gündən bir dəsmallar dəyişdirilməlidir. Bir mərtəbədə ikidən az olmayaraq vanna və beşdən artıq olmayan otaqlar üçün bir tualet olmalıdır.

2* — 1* mühmanxanalarda olan hər şey, lakin yataq ağlarının dəyişdirilməsi hər 6 gündən bir olur. Tualet və hamam otağı, adətən, nömrədə olur. Mehmanxanada, həmçinin, restoran və ya kafe olmalıdır, həmçinin, qidalanma təklif olunmalıdır.

3* — 3* kateqoriyasından başlayıb yuxarı artaraq hər nömrədə mütləq tualet və hamam otağı, tualet masası, yük üçün yer, radio və s. olmalıdır. Üç ulduzlu otellərin nömrələrində, ən ucuzları istisna olmaqla, televizor və kondisioner olur. Döşəmələri, bir qayda olaraq, plitələrlə döşənir. Yataq ağları həftədə 2 dəfə dəyişdirilir. Dəsmallar hər gün dəyişdirilir. Parfümeriya ləvazimatlarından sizə yalnız sabun təklif olunur. Bəzi otellərdə   

4* — 3* mehmanxanalarda olan hər şey, üstə gəl: bir qayda olaraq, mini-bar, fərdi kondisioner, telefon, seyf, fen, şampun, hər nömrədə vanna üçün gel (adətən, gəldiyiniz gün verilir). Gündəlik olaraq, yataq ağlarının və dəsmalların dəyişdirilməsi. Paltarların yuyulması, ütülənməsi və təmizlənməsi kimi xidmətlər göstərilir (bu zaman sifarişin minimal müddəti – bir gündür). Reception-da prays vərəqini öyrənmək olar. Nömrəyə səhər yeməyinin menyusu verilir. Mehmanxananın ərazisində yerləşir: gözəllik salonu, idman-sağlamlıq mərkəzi, avtomobillərin kirayəsi, TV salon, musiqi salonu, oyun və konfrans zalları, restoran, sauna, üzgüçülük hovuzu və s. Otaqların sahəsi, bir qayda olaraq, 13 kv.metrdən az deyil. 

5* — 4* mehmanxanalarda olan hər şey, lakin daha keyfiyyətli səviyyədə. Həmçinin, bəzən nömrədə ikinci sanitar qovşaq və vanna otağında telefon aparatı. Nömrələr 16 kv.metrdən az deyil.

4-5* otellərdə süitlərin (apartamentlərin), bir neçə liftin, camaşırxana, kimyəvi təmizləmə, səhər yeməyinin və gecikmiş şam yeməyinin nömrəyə verilməsi, valyuta mübadiləsi, taksi çağırılması, qəzetlərin, suvenirlərin satışı və sair kimi istənilən əlavə xidmətlərin olması nəzərdə tutulur.    

Otellərin alternativ klassifikasiyası


Bir sıra ölkələrdə otellərin alternativ klassifikasiyası mövcuddur.

Məsələn, Türkiyədə Siz klub otellərində (HollidayVillage) dincələ bilərsiniz, onlar aşağıdakı kimi bölünür: 
5*HV — koteclərdə (bunqalolarda) yerləşdirməklə birinci kateqoriyadan olan klub sistemli otel.5 ulduzlu otelə uyğun gəlir. Yaxşı mənzərələri, geniş yaşıllıq ərazisi ilə seçilir, lakin nömrələr böyük deyillər. 
4*HV — daha aşağı kateqoriyadan olan klub oteli.

Yunanıstanda ayrı-ayrı regionlarda otellərin latın hərfləri ilə işarələnməsi saxlanmışdır: 
De Luxe  5* otellərə uyğundur.
А — 4-4+* otellərə. 
В — 3-3+* otellərə.  
С — 2* otellərə.
D — 1* otellərə.
Hal-hazırda Yunanıstan otellərin standart klassifikasiyasına keçməyə başlamışdır.

Dənizdən (çimərlikdən) uzaqlığı

Otellər, həmçinin, aşağıdakı kateqoriyalara görə fərqlənirlər: 

1-ci sahil xətti
— bu, birbaşa dəniz sahilində yerləşən otellərdir; 

2-ci sahil xətti
— bu, ərazisi ilə çimərlik arasında yol və ya gəzinti yeri olan otellərdir.


Şəhər oteli
 — bu, dəniz sahilindən (çimərlikdən) aralıda, kurort şəhərində yerləşmiş oteldir. Adətən turistlər çimərliyə piyada və ya avtobusla gedirlər.

Günün otelləri
The Park Tower Knightsbridge
AZN 760.09
101 Knightsbridge, London
Hotel Indigo Shanghai On The Bund
AZN 298.37
No 585 Zhongshan Dong Er Road Huangpu Area, Shanghai
Royal Eagle Hotel
AZN 290.76
26 30 Craven Road, London
Molodyozhny Hotel
AZN 94.3
27 Dmitrovskoye Building 1, Moscow
Mercure Wien Zentrum
AZN 195.71
Fleischmarkt 1A, Vienna
Ramada Brussels Woluwe
AZN 103.59
Avenue Des Pleiades 67, Brussels
Voskhod
AZN 31.44
Altufyevskoye Shosse 2, Moscow
President
AZN 153.68
Hold Utca 3 5, Budapest
La Cour Des Augustins
AZN 285.91
Rue Jean Violette 15, Geneva
Value Hotel Balestier
AZN 111.74
218 Balestier Road, Singapore
Bizimlə əlaqə
Xəbərlər
14 İyul
Yayda əlavə ödəniş etmədən biznes sinfi ilə uçun

Bodruma tur əldə edin, biz aviabiletinizi biznes sinfinə pulsuz dəyişdirək. 

7 Aprel
China-EdenTravel turizm şirkətinin təqdimatı

Aprelin 5-i SilkWay Travel təşkilati dəstəyi ilə "Çin-EdenTravel" turizm şirkətinin təqdimatı keçirilib 

9 Mart
Novruz – bahar bayramı

Ənənələrimiz haqqında

Bütün xəbərlər