Aralıq dənizi nağılı

960 EUR-dan

Barselonadan üç Krallıq
950 EUR-dan

İtaliya tətili

1165 EUR-dan

İspaniya - Portuqaliya
1139 EUR-dan

Bonjour Paris

818 EUR-dan

London-krallara layiq

1008 EUR-dan

Shopping in London

780 EUR-dan

London - Edinburq

1500 EUR-dan

Istanbul
262 USD-dan

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Turlar
Otellər
Flights
Cars
Əsas   →   Turlar   →   Azərbaycanda Turlar   →   Ekskursiya

Azərbaycanın Qızıl Üzüyü

Qiymət: $985

Azərbaycanın əsas şəhərlərində etnoqrafik-tarixi marşrutlara qrup eksursiyası

Bakı- Gəncə- Şəki- Gəbələ- Ismayillı- Bakı


Gün 1

  • Azərbaycan Hava Yollarının gecə reysi ilə ölkəyə gəliş
  • Bələdçi ilə Hava Limanında tanışlıq, Bakıya transfer
  • “Bakı Alovları”- avtomobillə şəhərin əsas küçələri və prospektləri boyunca gecə ekskursiyası
  • Yerli restoranda milli mətbəxin təqdim edildiyi “Xoş gəlmisiniz” şam yeməyi və folklor performansı
  • Mehmanxanaya transfer, yerləşmə və gecələmə

Gün 2

  • Mehmanxanada səhər yeməyi
  • İçəri şəhərə yola düşmə
  • İşərişəhərdə piyada ekskursiya: Qız qalası (IX əsr), Şirvanşahlar sarayı (XV əsr), Multanı və Buxara Karvansarayları (XV əsr), “Briliant əl” filminin çəkiliş yerinə baxış, Amfibiya adam, Tehran 43 və s.
  • Şəhidlər xiyabanını ziyarət və şəhərin panoramasına baxış
  • Funiklyor vasitəsi ilə Bakı Bulvarına gəliş
  • Bakı Bulvarında piyada ekskursiya (istəkdən asılı olaraq, turistlər velosiped icarə edə bilərlər)
  • Bakı buxtasında gəmi gəzintisi (havadan asılı olaraq)
  • Nizami küçəsinə səyahət (keçmişdə alış-veriş küçəsi kimi tanınırdı)
  • Alış- veriş üçün asudə vaxt
  • Restoranda şam yeməyi
  • Mehmanxanaya transfer

Gün 3

  • Mehmanxanada səhər yeməyi
  • Qeydiyyatdan çıxış, mehmanxananı tərk etmə
  • İman Hüseynin qızının dəfn edildiyi Bibi Heybət məscidini ziyarət (islam dinində əsas şəxslərdən biri)
  • İlk neft quyularına baxış
  • Daş dövrünə qədər tarixi uzanan qayaüstü rəsmlərin seyr edilməsi üçün Qobustan Milli Parkını ziyarət (milli park UNESCO maddi mədəni iris siyahısında olub beynəlxalq səviyyədə mühafizə edilir)
  • Qərb regionlarına doğru səfərin davamı
  • Alman koloniyalarına səfər: “Annenfeld” (Şəmkir) və “Yelenendorf” (Xanlar)

    II Yekaterina zamanı bu ərazilərdə məskunlaşməş Baden-Vutemberqdən olan Alman kolonistləri tərəfindən inşa edilmişdir

  • Gəncəyə yola düşmə

  • Yolüstü nahar

  • Gəncədə gəzinti: Orta əsrlərin məşhur Azərbaycan şairi Nizami Gəncəvinin mavzoleyinin ziyarət edilməsi, Aleksandr Nevski kilsəsinə ekskursiya, Agyan kilsəsi, Şah Abbas məscidi, Gəncə xanı Cavad xanın mavzoleyinə səfər

  • Yerli restoranda şam yeməyi

  • Gəncədə gecələmə

Gün 4

  • Mehmanxanada səhər yeməyi
  • Şəkiyə yola düşmə
  • Qədim alban kilsələrinin qaldığı dağlıq Kiş kəndinə səyahət
  • “Gələsən-Görəsən” qalasına səfər
  • Yerli restoranda nahar və Şəkinin əsas milli yeməyi hesab edilən Pitinin dadına baxılması
  • Şəkinin ən qədim hissələrinə piyada ekskursiya (Yuxarı Baş)
  • Şəki Xan sarayına səfər (Səfəvilər imperiyasının son dövrlərinə aid saray memarlığının parlaq nümunəsi)
  • Şəkidə qədim Alban məbədində yerləşən Xalq Yaradıcılığı muzeyini ziyarət
  • Şəkinin ipək zavoduna səfər. İpək emalının qədim metodlarının öyrənilməsi
  • Şəki Karvansarayına səyahət
  • Karvansarayda şam yeməyi
  • Şəkidə gecələmə

Gün 5

  • Mehmanxanada səhər yeməyi
  • Mehmanxanadan çıxış, Qəbələyə səfər
  • Yol üstündə Oğuz şəhərinin ziyarət edlməsi
  • Oğuz şəhərində yerli Sinaqoqlarla tanışlıq
  • Qədim Nic kəndini və Udin kilsələrini ziyarət (Udinlər qədim albanların nəvələri hesab edilir, onlar öz dillərini və dinlərini günümüzə kimi saxlamışdırlar)
  • Nahar yeməyi
  • Qəbələyə çatmaq
  • “Beltman” pianolarının istehsal edildiyi yerli piano zavoduna səyahət
  • Qəbələdə mehmanxanada yerləşmə
  • Asudə vaxt (İstəkdən asılı olaraq turistlər dəniz səviyyəsindən 1660 metr yüksəkdə yerləşən Tufandağ xizək mərkəzinə səfər)
  • Şam yeməyi. Qəbələdə gecələmə

Gün 6

  • Mehmanxanada səhər yeməyi
  • İsmayıllıya doğru hərəkət
  • İvanovka kəndinə səfər (Ivanovka sakinləri Molokanlar və Yekaterina II  zamanı buraya köçürülmüş rus kolonistləridir
  • Molokanların həyat tərzi barədə öyrənmə
  • İsmayıllıda nahar yeməyi
  • Muğanlı perevalı ilə Bakıya hərəkət (Qafqaz sıra dağlarının ən gözəl guşələrində şəkil çəkdirmək imkanı)
  • Yol boyu Şamaxıda “Yeddi Gözəl” mavzoleyinə səyahət
  • Bakıya çatma
  • Şəhərətrafı ərazilərdə təbii qazın yerdən hasil olduğu “Yanardağ” təbii abidəsinin ziyarət edilməsi
  • Şam yeməyi, gecələmə

Gün 7

  • Mehmanxanada səhər yeməyi
  • Abşeron yarımadasına hərəkət
  • Atəşgah məbədinin ziyarət olunması
  • Qala kəndinə səfər, Qala Etnoqrafik Muzeyinə səfər, yerli insanlar tərəfindən kulinariya və əl işi məmulatların hazırlanması prosesinin göstərilməsi  
  • Yerli restoranda nahar
  • Mərdəkan qalasına ziyarət
  • Bakıya transfer
  • Yerli Hamamın ziyarıt edilməsi
  • Şam yeməyi

Gün 8

  • Mehmanxanada səhər yeməyi
  • Yerli Bazara səfər
  • Alış-veriş etmək və yerli kürünün dadına baxmaq üçün bazarda asudə vaxt
  • Daha çox asudə vaxt, tələb edildiyi halda “şərab” turu təşkil edilə bilər
  • Hava Limanına transfer
  • Azərbaycan Hava Yollarının gecə səfəri ilə ölkədən ayrılma



Tur qiymətinə daxildir

  • Azərbaycan Hava Yolları ilə uçuş Tel-Aviv - Bakı - Tel-Aviv
  • Mehmanxanda iki nəfərlik otaqda gecələmə
  • Səhər yeməyi
  • Bələdçi xidməti (İngilis, alman, fransız, rus və türk dilli bələdçilər)
  • Rahat avtobuslarla hərəkət
  • Muzeylərə və başqa ekskursiya obyektlərinə giriş
  • Yüklərin daşınması, hava Limanında və mehmanxanalarda yük daşıma xidməti
  • Ekskursiya boyunca şüşələrdə içməli su (0,3 ml.) paylanılması (hər gün)
 
Qeyd olunmuş otellərdə gecələmə:

- Baku-Sapphire hotel 4*

- Ganja – Vego Hotel 4*

Sheki – Ýssam Hotel 4*

Gabala – Qafqaz Karvansaray Hotel 4*

 

Ətraflı məlumat və turun bronlaşdırılması üçün:

Ünvan: Səməd Vurğun küç. 34, AZ1014, Bakı, Azərbaycan

Тelefon: (+99412) 4374720

Faks: (+99412) 4374723

Email: incoming@swtravel.az

Facebook səhifəmiz

Geri Ekskursiya
Günün otelləri
Favored Hotel Scala
AZN 155.18
Schaefergasse 31, Frankfurt
Orchard Parade
AZN 208.03
1 Tanglin Road, Singapore
Connect Hotel Stockholm
AZN 97.68
Gotalandsvagen 218, Stockholm
3.14 Hotel
AZN 272.7
5 Rue Francois Einesy, Cannes
Amadeus
AZN 345.84
Lista Di Spagna Cannaregio 227, Venice
Auteuil Manotel
AZN 191.92
33 Rue De Lausanne, Geneva
Golden Horn Sultanahmet
AZN 117.67
Binbirdirek Mah. Meydani Sok. No:1 Sultanahmet 34400, Istanbul
London Hilton On Park Lane
AZN 525.18
22 Park Lane, London
Pullman Shanghai Skyway
AZN 244.6
15 Dapu Road, Shanghai
Eden
AZN 321.29
135 Rue De Lausanne, Geneva
Bizimlə əlaqə
Xəbərlər
14 İyul
Yayda əlavə ödəniş etmədən biznes sinfi ilə uçun

Bodruma tur əldə edin, biz aviabiletinizi biznes sinfinə pulsuz dəyişdirək. 

19 İyun
Banqkok şəhərinə Bakıdan birbaşa uçuş

"Azərbaycan Hava Yolları" (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə müntəzəm sərnişin reyslərini həyata keçirilməsinə başlayacaq.

7 Aprel
China-EdenTravel turizm şirkətinin təqdimatı

Aprelin 5-i SilkWay Travel təşkilati dəstəyi ilə "Çin-EdenTravel" turizm şirkətinin təqdimatı keçirilib 

Bütün xəbərlər