Novruz Bayramına "Malayziya - Sinqapur" qrup turu

1640 USD-dan

Novruz Praqada

619 EUR-dan

Novruz Parisdə

849 EUR-dan

Novruz Sankt-Peterburqda

343 EUR-dan

İtaliya tətili

1165 EUR-dan

Bonjour Paris

818 EUR-dan

Shopping in London

780 EUR-dan

London-krallara layiq

1008 EUR-dan

London - Edinburq

1500 EUR-dan

Istanbul
262 USD-dan

Barselona-Madrid
720 EUR-dan
 

Praqa
365 EUR-dan 

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Turlar
Otellər
Flights
Cars

Baki

Bakıda tövsiyə olunan otellər:

Sheraton Hotel 5*

 Otel Heydər Əliyev adına Beynəlxalq Aeroportun ərazisində, Abşeron yarımadasının gözəl çimərliklərindən 10 dəqiqəlik məsafədə, Zərdüştiliyin od məbədi “Atəşgah”dan 15 dəqiqəlik məsafədə və şəhərin mərkəzindən 25 dəqiqəlik məsafədə yerləşmişdir. Bütün 207 otaq kondisionerlə və şəxsi istifadə üçün hər növdən olan texnika ilə təchiz olunmuşdur. Ümumi sahəsi 388 kvadrat metr olan, ən müasir texnika ilə təchiz olunmuş 8 konfrans zalı da daxil olmaqla, otel həm 10 nəfərlik seminarın, həm də 650 nəfərlik toy mərasimlərinin keçirilməsini təqdim edir. Otelin ərazisində olan gözəl “SilkWay” restoranı əfsanəvi “İpək yolu”nun keçdiyi ölkələrin mətbəxindən olan gözəl təamlarının geniş çeşidi ilə sizi heyrətə salacaqdır. Əsas restoran  “Flavours” otelimizin birinci mərtəbəsində yerləşmişdir, sizin xidmətinizə səhər, nahar və şam yeməklərini təqdim edir. Qonaqların xidmətində spa-salon da fəaliyyət göstərir. Servis avtobusunda şəhərin mərkəzinə qədər pulsuz çatdırılma bütün qonaqlara təklif olunur.

Hilton Baku 5*

 Bakı şəhərinin işgüzar və əyləncə mərkəzi olan rayonunun mərkəzində, iri ticarət mərkəzi ilə yanaşı, Biznes-mərkəzdən, Park-Bulvardan, Hökumət evindən bir neçə dəqiqəlik məsafədə və Heydər Əliyev adına Beynəlxalq Aeroportdan 25 km məsafədə yerləşmişdir. Mehmanxana yüksək səviyyəli xidmət, yaxşı istirahət, unikal barların, restoranların və spa-mərkəzlərin müxtəlif növlərini təklif edir. Beşulduzlu otel HiltonBaku-nun ümumi sahəsi 42 160 kvadrat metrdir. Otel 25 mərtəbədən və 308 otaqdan ibarətdir. Otelin sonuncu mərtəbəsində 360 dərəcə fırlanan və Bakının bütün panoramını əhatə edən bar yerləşmişdir. 

Kempinski Hotel Badamdar 5*

 Sahəsi 3500 m2 olan eleqant restoranlar, akvapark və spa-mərkəz bu 5* otelin qonaqlarının xidmətinə verilmişdir.  Otel Köhnə Bakı şəhərindən və Xəzər dənizinin sahilindən 10 dəqiqəlik məsafədə yerləşmişdir. Avtomobil saxlamaq üçün yerlər pulsuzdur.  KempinskiBadamdar otelinin zövqlü nömrələri ənənəvi Azərbaycan tərzində tərtib olunmuşdur, yastı ekranlı müasir televizorlar və taxta döşəmələrlə təchiz olunmuşdur. Oteldə 80 nömrə var. Onlardan hər birində pulsuz Wi-Fi təqdim olunur, eyvandan isə şəhərə gözəl mənzərə açılır. Açıq və bağlı hovuzlar, müasir trenajor zalı və müxtəlif saunalar və buğ hamamları Kempinski otelinin qonaqlarının xidmətinə verilmişdir. Siz masaj prosedurları və hamam sifariş edə bilər, həmçinin boulinq oynaya bilərsiniz. Badamdar restoranında zəngin “isveç stolu” səhər yeməyi və Azərbaycan mətbəxindən yeməklər verilir. GoldenCage restoranında şəhərə panoram mənzərədə zövqlə yeməyi sevənlər üçün təamlar təklif olunur. Waikiki barında və ya  N-Joy kafesində yetmişinci illərin tərzində düzəldilmiş tropik meyvə kokteyllərini sifariş etmək olar.  İrland pabında içkilərin və qəlyanataltıların böyük seçimi təklif olunur. 

Hyatt Regency hotel 5*

 HyattRegency – möhtəşəm 5* oteldir, Bakının mərkəzində yerləşmişdir. Otel 182 komfortabelli nömrə təklif edir, onlardan hər biri yumşaq klassik tərzdə döşənmişdir və bütün müasir tələbləri ödəyir. Oteldə bir neçə restoran və bar var. Açıq hovuzun yanındakı Beluqa barı beynəlxalq mətbəxdən yeməklər və müxtəlif içkilər təklif edir. Qurman Şop-da siz şirniyyatların, tortların, ev şirniyyatlarının, buterbrod və salatların geniş seçimini tapacaqsınız. Britaniya pivə barı çəllək pivəsi və ənənəvi ingilis qəlyanaltıları təklif edir. Oazis kafesinin menyusunda yeni sıxılmış şirələrin, südlü kokteyllərin, sərinləşdirici içkilərin və faydalı qəlyanaltıların geniş seçimi təqdim olunur. Otel Bakıxanov küçəsində, Bakının mərkəzindən 10 dəqiqəlik məsafədə, sərgi mərkəzinin və dövlət müəssisələrinin yanında, aeroportdan yarım saatlıq məsafədə yerləşmişdir. 

Excelsior hotel 5*

 Otel klassik memarlıq ruhunda, müasir dizayn elementləri ilə uyğunlaşdırılaraq inşa edilmişdir. Bu, Bakının unikal şəraiti, müasir texnologiyalarla yaxşılaşdırılmış xarakterik xidməti olan yeni butik-otelidir. Exselsior oteli Bakının işgüzar mərkəzindən rahat məsafədə yerləşmişdir ki, bu da biznes, ticarət və əyləncə mərkəzlərinə yolu asanlaşdırır, Heydər Əliyev adına Beynəlxalq aeroporta isə cəmi 25 dəqiqəlik yol var. Möhtəşəm və eleqant oteldə 61 qonaq otağı və lüks nömrələr var. Bütün otaqlar mərkəzləşdirilmiş kondisioner və fərdi iqlim nəzarəti sistemi ilə təchiz edilmişdir; elektron açarlar, nömrələrdə 24 saat boyunca xidmət, fərdi seyf, ikikanallı, avtomatik cavab verən və yüksəksəsli telefonlar, kompyuter və faksın qoşulması, yüksəksürətli İnternet, minibar, vanna otağında xovlu xalatlar və çəkələklər, hamam ləvazimatları, geyimin təmizlənməsi/ütülənməsi ilə bağlı xidmətlər, camaşırxana, kimyəvi təmizləmə, konseryej xidmətləri, valyuta mübadiləsi, yükə yardım edilməsi və katibə xidmətləri təklif olunur. İri sağlamlıq mərkəzi Aura-da müasir yüksəktexnologiyalı trenajor zalı, böyüklər və uşaqlar üçün açıq və bağlı üzgüçülük hovuzları, açıq tennis kortu, skvoş üçün iki kort, günəş terrası və yay bağı var. Mərkəzdə ayrıca sauna-rumlarvə kişi və qadınlar üçün buğ hamamları, həmçinin, relaksiya və masaj üçün otaqlar var.

Grand Hotel Europe 5*

 Bu beşulduzlu otel şəhərin lap mərkəzindədir, paytaxtın əsas işgüzar və administrativ mərkəzindən 5 dəqiqəlik (4 km) məsafədə yerləşmişdir. Otelin gözəl müasir binası dağın başında yerləşmişdir. Onun rahat nömrələrinin pəncərələrindən birbaşa Xəzər dənizinə və bütün Bakı şəhərinə möhtəşəm mənzərə açılır. Otelin memarlığı və dizaynı qədim dövrün möhtəşəm motivlərini və ciddi müasir tərzi özündə birləşdirir. Otelin 9 mərtəbəsində 96 geniş nömrə var, onlar nəinki ən zəruri olanlarla, həm də bütün müasir texniki şərtlərlə təchiz olunmuşlar. Bütün nömrələrdə fərdi kondisioner sistemi, kabel TV, fen, telefon, seyf, minibar, 24 saatlıq xidmət, kimyəvi təmizləmə və camaşırxana var. Otelin möhtəşəm restoranları artıq çoxdan otelin qonaqlarının rəğbətini qazanmışdır. Biznesmenlərin xidmətində - banketlər və konfranslar keçirmək üçün zallar var. Sağlamlığa faydalı şəkildə istirahət etməyə isə kömək edəcəklər: böyüklər və uşaqlar üçün hovuzlar, müasir ləvazimatlarla təchiz olunmuş sağlamlıq mərkəzi, tam təchiz olunmuş fitnes-mərkəz, sauna, cakuzi, masaj kabinələri.

Qafqaz Point hotel 5*

 Bakının mərkəzindəki otel Hüseyn Cavid parkından 5 dəqiqəlik məsafədə yerləşir. Otel 74 yaxşı təchiz edilmiş otaqdan ibarətdir. Bağlı hovuzla sağlamlıq klubu, 2 restoran və şəhərə gözəl mənzərəsi olan terras qonaqların xidmətinə verilmişdir. Qonaqlara pulsuz avtodayanacaq təklif olunur. Otelin geniş nömrələri klassik tərzdə döşənmişdir, yastı ekranlı televizorlar, çay/qəhvə hazırlamaq üçün şərait və səskeçirməyən pəncərələr var. Pulsuz Wi-Fi təklif olunur. QafqazPoint otelinin spa-mərkəzində gözəllik salonu, müxtəlif saunalar və trenajor zalı var. Burada masajın müxtəlif növlərinindən yararlanmaq olar. Yuxarı mərtəbədə yerləşmiş Panorama restoranında Azərbaycan mətbəxinin seçilmiş yeməkləri və beynəlxalq mətbəxin ənənəvi yeməkləri təklif olunur.

Ramada hotel 5*

 Dənizin sahilində olan bu 5 ulduzlu oteldə fərdi çimərlik, yaxtaların yan alması üçün yer, bir neçə hovuzu olan fitnes-mərkəz vardır. Otelin eleqant nömrələrində Xəzər dənizinə açılan mənzərəsi olan eyvan və ya terraslar var. Nömrələrin sayı 79-dur. Otelin zövqlü nömrələri kondisioner, yast ekranlı televizor və DVD pleyer, mini-bar və isti içkilərin hazırlanması üçün şəraitlə təchiz edilmişdir. Xalatlar, çəkələklər və pulsuz tualet ləvazimatları təqdim olunur. Səhərlər isti və soyuq yeməklərin daxil edildiyi doyumlu səhər yeməyi verilir, gün ərzində isə ənənəvi Azərbaycan yeməklərindən dadmaq olar. Bağda və ya hovuzun yanında içkilərdən zövq almaq olar. Otelin sağlamlıq klubunda trenajor zalı, şezlonqları olan bağlı və açıq hovuz və rus hamamı var. Bakının görməli yerləri olan Şirvanşahlar sarayı, Qız qalası cəmi 10 dəqiqəlik məsafədədir. Oteldə pulsuz avtodayanacaq var.

Lake Palace hotel 5 *

 Gözəl gölə açılan mənzərəsi olan bu otel Bakının mərkəzində yerləşir və qonaqlara memarlığın müasir və klassik uyğunluğunu təklif edir. Otel Fəvvarələr meydanından 3 km məsafədə yerləşir. Qonaqların xidmətinə sauna, masaj kabineti və hovuz verilmişdir. LakePalaceBaku otelində amerikan səhər yeməyi verilir. Azərbaycan və Avropa mətbəxinin ənənəvi yeməklərindən siz zövqlü restoranda dada bilərsiniz, burada həm də canlı musiqi var.  Gölə açılan mənzərəsi olan Launch barında sizə kokteyllərin, qəhvə və desertlərin geniş seçimini təklif edəcəklər. Otelin klassik nömrələri eleqant mebellə döşənmiş, yastı ekranlı televizorla, seyf və mini-barla təchiz olunmuşdur. Eyvanlardan şəhərə gözəl mənzərə açılır. Nömrələrin sayı 29-dur. Trenajor zalında məşğul olandan sonra qonaqlar Palace otelinin cakuzisində rahatlana bilərlər və ya ənənəvi türk hamamına gedə bilərlər. Tarixi Qız qalası və Şirvanşahlar sarayı oteldən 10 dəqiqəlik məsafədə yerləşir.

Günün otelləri
Nh Collection Venezia Palazzo Barocci
AZN 669
San Marco. Corte Dell'albero 3878 A, Venice
Kings Court
AZN 306.18
U Obecniho Domu 3, Prague
Top Kongresshotel Europe Stuttgart
AZN 130.12
Siemensstrasse 26, Stuttgart
City Centre Rotana Doha
AZN 209.65
Conference Centre Street, Doha
Nh Geneva Airport
AZN 179.16
Avenue De Mategnin 21, Geneva
Platinum Apartments
AZN 72.91
Zelazna 59 A, Warsaw
Hotel Diplomat
AZN 481.28
Strandvagen 7C, Stockholm
Holiday Inn Ankara Kavaklidere
AZN 103.84
Tunus Caddesi No 7 Kavaklidere, Ankara
Intercontinental Paris Avenue Marceau
AZN 435.15
64 Avenue Marceau, Paris
Bayswater Inn
AZN 223.07
8 16 Princes Square Bayswater, London
Bizimlə əlaqə
Xəbərlər
15 Fevral
Etdiyiniz alış-verişin 48 saat ərzində ƏDV-nin geri alınması

TaxFree4U
Xüsusi SW kodundan istifadə edin və ilk qeri alınma zamanı 5€ hədiyyə əldə edin

30 Yanvar
Yeni e-viza sistemi

10 Yanvardan etibarən ASAN Viza portalı «www.evisa.gov.az» tamamilə istifadəyə verilmişdir.

27 Yanvar
Turkiyə kurortlatına erkən reservasiya başladı

Tur paketlərə 50%-dək ENDİRİM! 

Bütün xəbərlər