Novruz Bayramına "Malayziya - Sinqapur" qrup turu

1640 USD-dan

Novruz Praqada

619 EUR-dan

Novruz Parisdə

849 EUR-dan

Novruz Sankt-Peterburqda

343 EUR-dan

İtaliya tətili

1165 EUR-dan

Bonjour Paris

818 EUR-dan

Shopping in London

780 EUR-dan

London-krallara layiq

1008 EUR-dan

London - Edinburq

1500 EUR-dan

Istanbul
262 USD-dan

Barselona-Madrid
720 EUR-dan
 

Praqa
365 EUR-dan 

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Turlar
Otellər
Flights
Cars
Əsas Azərbaycan Azərbaycan haqqında

Azərbaycan haqqında

Qədim dövrlərdən Azərbaycan haqqında məlumat antik müəlliflərin, səyyahların və tarixçilərin əsərlərində əks olunmuşdur. Herodot, Klavdi Ptolomey və bir çox başqaları Xəzər dənizinin qərb sahillərində və Cənubi Qafqazın şərq hissəsində yerləşmiş heyrətamiz yer haqqında yazırdılar. Qədim sivilizasiyanın beşiyi olmaqla, həmçinin, bir çox tayfa və xalqların geosiyasi, iqtisadi, mədəni maraqlarının kəsişdiyi yerdə yerləşərək Azərbaycan öz nəsillərinə zəngin mədəni irs qoymuşdur: 7500-dən çox təbii, arxeoloji, memarlıq, tarixi abidələr. Onların arasında Qobustandakı qayaüstü rəsmlər, Möminə-xatun və Qarabağlar türbələri, Şəki xan sarayı, Qız qalası, Xudafərin körpüsü, Abşerondakı qalalar; parlaq miniatürlərlə bəzənmiş orta əsr əlyazma kitabları, qədim xalçalar, ədəbiyyat, rəsm, heykəltəraşlıq əsərləri kimi şedevrlər vardır. Bu gün Azərbaycan – müstəqil dünyəvi dövlətdir, dinamik inkişaf edən iqtisadiyyatı, sosial və mədəni sferaları var. Burada hər il irimiqyaslı beynəlxalq layihələr həyata keçirilir, iqtisadi simpoziumlar, idman yarışları, musiqi forumları, kinofestivallar keçirilir.

İqlim

Azərbaycan unikal təbii resurslara malikdir: burada yer kürəsindəki 11 iqlim qurşağından 9-na – subtropikdən yüksək alp çəmənliklərinə qədər rast gəlinir. İyul ayında orta temperatur yüksək dağ rayonlarında +5 C-dən düzənliklərdə +27 C-yə qədər, yanvarda uyğun olaraq, -10 С-dən +3 C-yə qədər olur. Bununla belə, maksimal yay temperaturu +45 С-yə çata bilər, qışda isə termometrin sütunu dağlıq rayonlarda gecələr -40 С-yə qədər enə bilər. İl ərzində yağıntının miqdarı Böyük Qafqazın dağətəklərində200 mm, Lənkəran ovalığında 1200-1700 mm-ə qədər olur. Ölkəyə gəlməyin ən yaxşı vaxtı apreldən oltyabra qədərdir.  

 Azərbaycan qonaqları qəbul edir

Hər il Azərbaycana milyonlarla turist gəlir. Lakin ən yaxın zamanda onların sayı iki dəfə artacaqdır, hətta yəqin ki, üç dəfə artacaqdır. Axı ölkənin nəhəng potensialı vardır. O, həm qədim tarixi, həm zəngin mədəni irsi, gözəl təbiəti və rəngarəng landşaftı, başı qarlı dağların zirvəsini və yaşıl düzənlikləri, flora və faunanın unikal dünyasını, ilıq dəniz və Xəzərin sonsuz qumlu çimərliklərini özündə biirləşdirir. Azərbaycan kurort istirahəti və müalicə üçün zəngin resurslara malikdir. Onun ərazisində 200-dən artıq mineral bulaq var, onlar öz keyfiyyətinə və tərkibinə görə beynəlxalq kurortların sularından heç nə ilə geri qalmır. Lakin bundan əlavə, burada naftalan – müalicəvi neft də var, o, möcüzəli təsirə malikdir, onun həqiqətən də hüdudsuz imkanlarını tibb işçiləri tədqiq etməkdə davam edirlər, naftalanın yeni-yeni xüsusiyyətlərini kəşf edirlər. Naftalan kurortu – dünyada yeganədir. Azərbaycana səyahət ov və balıq ovu həvəskarlarına, alpinistlərə, ekoloji turizmin həvəskarlarına unudulmaz təəssüratlar bəxş edəcəkdir, çünki məhz burada bir çox yerlər vardır ki, hələ insanın yaranmadığı, tarixin ən qədim dövrlərindən bu günədək toxunulmaz qalmışdır. Azərbaycan öz üzərinə regionun işgüzar, elmi və mədəni həyatının mərkəzi funksiyasını get-gedə daha çox götürür. Buna görə də son illərdə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən turizmin inkişafına böyük diqqət yetirilmişdir. Azərbaycanın şəhərlərində, kurort zonalarında, dağlarda və Xəzərin sahillərində beynəlxalq dərəcəli onlarla otel tikilmiş, ümumdünya şəbəkələri öz mehmanxanalarını açmış, akvaparklar və geniş istirahət zonaları açılmışdır. Ölkənin ərazisində ən müasir standartlar üzrə təchiz olunmuş altı beynəlxalq aeroport təyyarələri qəbul edir və göndərir, yeni avtobus marşrutları açılmışdır, Bakının şəhər kənarında böyük dəniz limanı tikilir. Hər il yeni konsert zalları, idman mərkəzləri, mağazalar, restoran və kafelər açılır, park və bağlar salınır, magistral və şose yollar çəkilir. Azərbaycanın zəngin tarixi və mədəni abidələrinin qorunması və bərpası üzrə böyük işlər görülür. Burada qonaqları rəngarəng təəssüratlar, əla istirahət və çox sayda yeni dostlar gözləyir, Azərbaycana gələn hər kəs burada mütləq çox sayda dostlar qazanacaqdır. Azərbaycana turlar – gözəl təbiəti görmək, bəşəriyyət tarixinə toxunmaq, qədim mədəniyyətlə və bu ölkənin müasir nailiyyətləri ilə tanış olmaq deməkdir.

Paytaxt

Azərbaycanın paytaxtı – 2 milyondan artıq əhalisi olan Bakı şəhəri Abşeron yarımadasının cənub-qərbində, Xəzər dənizinin sahilində yerləşir. Arxeoloqların fikrinə görə, Bakının tarixi iki min ildən az deyildir. Ən qədim dövrlərdən burada dəniz limanı olmuşdur, şəhər isə karvan yollarının kəsişməsində yerləşmişdir, həmçinin buradan Böyük İpək yolu keçmişdir. Şirvanşahların hakimiyyəti dövründə Bakı məşhur Şirvanın paytaxtı olmuşdur. XIX əsrdə o, Qafqazda ən iri şəhər, sənaye və mədəni mərkəz idi. 1991-ci ildən Bakı – müstəqil Azərbaycanın paytaxtıdır. Bu gün Azərbaycanın paytaxtında eyni zamanda bir neçə irimiqyaslı şəhərsalma layihəsi həyata keçirilir. Onların arasında FlameTowers kompleksi, Heydər Əliyev adına mərkəz,  SOCAR Tower, “Port Baku” və “Ağ şəhər” kompleksləri, Olimpiya stadionu, Güləş üzrə Respublika mərkəzi və başqaları var. Bakı, həmçinin, özünün sərgi və konsert zalları, bədii qalereyaları, tetrları, muzeyləri, idman kompleksləri, beynəlxalq otellərin şəbəkəsi ilə, gözəl restoranları və əlbəttə ki, ilin beş ayında gündə qaralmaq və çimmək imkanı olan çimərlikləri ilə məşhurdur. Bakıda bir çox istedadlı memarlar, həmçinin başqa ölkələrdən dəvət olunmuşlar işləmişlər. Onların sayəsində, həmçinin xeyli proqressiv sifarişçilərin sayəsində şəhər gözəl binalarla bəzənmişdir, onlardan çoxu hal-hazırda memarlıq nümunələri hesab olunur. Hal-hazırda sənətşünaslar tamamilə təkrarsız olan xüsusi “Bakı tərzi” haqqında danışırlar.

Azərbaycanın yaşıl kitabı

Azərbaycan qədər müxtəlif təbiətə malik olan ölkə tapmaq çətindir. Hətta xəritəyə ötəri nəzər saldıqda məlum olur ki, Xəzərin qərb sahilindən Cənubi Qafqaza qədər, cənubdakı Qafqaz dağlarından şimaldakı Böyük Qafqazın dağlıq hissələrinə qədər təbiət nə qədər bir-birindən fərqlənir. Azərbaycanda ölkənin cənubunda subtropik iqlimin zəngin florası buzlaqlarla, sıx meşələr və dağ şəlalələri qızmar çöllərlə həmsərhəddir. Burada Lənkəran rayonunda sitrus və çay plantasiyaları Şirvanın düzənlik otlaqları ilə, onlar isə - yalnız erkən yazda yaşıllıq və güllərlə bəzənən Abşeronun günəşdən yanmış əraziləri ilə əvəz olunur. Xəzərin on kilometrlərlə uzanan, meşələr və qayalıqlarla haşiyələnmiş  sonsuz qumlu çimərlikləri xüsusilə gözəldir. Ölkənin relyefi də müxtəlifdir. Mərkəzi hissədə düzənlik olan sahələr, Azərbaycanın sərhədlərinə doğru yüksək dağlara keçir, bununla da sürahi əmələ gətirir, onun boğazından axan, ölkəni bürümüş saysız çaylar Xəzər dənizinə axıb tökülür.

Ekstremallar üçün ərazi

Kəskin döngələri olan sürətli dağ çayları raftinq və kayakinq yarışlarının keçirilməsi üçün əla yerdir. Relyef xüsusiyyətləri dağ yollarını ciplə və hər yerdə gedən maşınlarla ram etmək istəyənlər üçün çox yaxşı uyğun gəlir. Offroadinq – və ya başqa cür desək, yolsuzluq şəraitində maşın sürmək – Azərbaycanda çox məşhur idman növüdür. Həmin şeyi alpinizm və deltaplanerizm haqqında da demək olar – müvafiq idman növlərinin federasiyalarında ekstim sevənlər üçün xüsusi marşrutlar işlənib hazırlanmışdır. Son dövrlərdə isə Azərbaycan dayvinqi sürətlə inkişaf edir, həm də suya dalmalar batmış gəmiləri axtarmaq və balıq ovu etmək üçün dənizdə, həm də yüksək dağlıq ərazilərdə - gözəl şəffaf göllərdə keçirilir.

Müalicəvi neft

Bütün dünyada məşhur olan Naftalan kurortu soyuqdəymə əleyhinə, ağrıkəsici və damargenişləndirici təsirə malik olan müalicəvi nefti ilə tannmışdır. Tərkibində kükürdlü-azot birləşmələri, gözəl qoxulu karbohidrogen və naften turşuları olan bu neftin heyrətamiz xüsusiyyətləri haqqında hələ qədim dövrlərdən məlumdur. 1896-cı ildən başlayaraq, dəri xəstəliklərini, uroloji xəstəlikləri müalicə etmə üçün, travmalardansonrakı ağırlaşmaları və hərəkət-dayaq aparatının digər patalogiyalarının müalicəsi üçün naftalan vannalarından və xəstə yerlərə sürtmək üsulundan tibbdə istifadə etməyə başlayıblar.

Daşlar üzərində tarix

Azərbaycanın unikal təbiəti ilə görüş və fəal istirahət, bir qayda olaraq, bu torpaqlarda məskunlaşan xalqların tarixini qoruyub saxlayan görməli yerlərlə tanışlıq ilə müşayiət olunur. Belə ki, Abşeron Milli Parkında olaraq, qədim qalaları və qoruyucu qüllələri, 216 tarixi-memarlıq abidəsinin olduğu Qala kənd-muzeyini nəzərdən keçirmək olar, həmçinin Bakıya ekskursiya etmək olar. 

Milli parklar

Azərbaycanda olmaq və onun milli parklarına baş çəkməmək – ciddi səhvdir, bu səhvi bu gün turistlərdən az adam edər. İqlim zonalarının heyrətamiz toplusu ilə fərqlənən bu geniş regionun unikal təbiəti, nadir bitkilərin və heyvanların, quşların müşahidəsi həqiqətən də unudulmaz təəssüratlar bəxş edir. Bu baxımdan, ölkəyə yalnız bu və ya digər dağı və ya çölü görmək üçün gəlmək heç də vacib deyildir. Azərbaycanın milli parklarının şəbəkəsi o qədər o qədər genişdir ki, hətta işgüzar səfər edərkən də, yaxınlıqdakı təbiət oazisinə baş çəkmək üçün vaxt tapmaq çətin deyil.

Dağlar ölkəsi

Azərbaycanın ərazisinin yarıdan çoxunu dağlar əhatə edir. Təcrübəli yol bələdçilərinin qoyduğu yol marşrutları heyrətamiz gözəlliyə malik mənzərələri görməyə, qoruq yerlərində olmağa imkan verir.  Nisbətən yaxın vaxtlarda digər ölkələrin alpinistləri Azərbaycanın potensialını aşkar etmişlər. Lakin burada dağlara qalxmaq istəyənlərin sayı əminliklə artmaqdadır. Həm də indi Azərbaycanın dağlıq rayonlarına yalnız idmançılar deyil, həm də adi turistlər gəlirlər, onlar sivilizasiyanın toxunmadığı təbiəti görmək, bu yerlərin heyrətamiz gözəllikləri ilə, yerli əhalinin məişəti və ənənələri ilə tanış olmaq, müalicəvi təmiz havadan udmaq istəyirlər. O da az vacib deyil ki, ölkədə yaxşı yollar, komfortabelli mehmanxanalar və turist bazaları kimi əla infrastruktur yaradılmışdır.

Dağ xizəyi kurortu

Yeni dağ xizəyi kurortu müalicəvi havası, rəngarəng bitkiləri, zəngin heyvanat aləmi və heyrətamiz gözəl mənzərələri ilə şəşhur olan Şahdağ milli parkında yerləşir. Turistik kompleksin əsas hissəsi bütün işlərin tamamlanmasından sonra, hər gün 10 min insanı qəbul etmək imkanına malik olacaqdır, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə salınmışdır. Lakin kanat yolu ilə daha da yüksəkliyə 2300 metrə qədər qalxmaq olar, orada dağ xizəyi trası öz başlanğıcını götürür.  Kompleksin ümumi sahəsi 2 min hektardan çox ərazini əhatə edir.

Turistik zonalar və məşhur otellər haqqında əlavə məlumatı, həmçinin Azərbaycan haqqında aktual  yenilikləri Siz həmişə www.azerbaijan.az portalında tapa bilərsiniz.

Günün otelləri
Bleibtreu Berlin
AZN 119.03
Bleibtreustrasse 31, Berlin
Novum Hotel Maxim Dusseldorf City
AZN 99.68
Fuerstenplatz 3, Dusseldorf
Aristol
AZN 197.6
Cartagena 369, Barcelona
Mozart
AZN 75.42
Julius Tandler Platz 4, Vienna
Radisson Slavyanskaya
AZN 126.74
Europe Square 2, Moscow
Intercityhotel Frankfurt Airport
AZN 115.95
Am Luftbruckendenkmal 1, Frankfurt
Hotel Le Patti
AZN 159.31
Place Du Patti, Grasse
Armada Hotel
AZN 293.22
Keizersgracht 713 715, Amsterdam
Jalta Boutique Hotel
AZN 194.05
Vaclavske Namesti 45, Prague
Bizimlə əlaqə
Xəbərlər
15 Fevral
Etdiyiniz alış-verişin 48 saat ərzində ƏDV-nin geri alınması

TaxFree4U
Xüsusi SW kodundan istifadə edin və ilk qeri alınma zamanı 5€ hədiyyə əldə edin

30 Yanvar
Yeni e-viza sistemi

10 Yanvardan etibarən ASAN Viza portalı «www.evisa.gov.az» tamamilə istifadəyə verilmişdir.

27 Yanvar
Turkiyə kurortlatına erkən reservasiya başladı

Tur paketlərə 50%-dək ENDİRİM! 

Bütün xəbərlər