İtaliya tətili

1165 EUR-dan

Bonjour Paris

818 EUR-dan

Shopping in London

780 EUR-dan

London-krallara layiq

1008 EUR-dan

London - Edinburq

1500 EUR-dan

Istanbul
262 USD-dan

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Turlar
Otellər
Flights
Cars
Əsas   →   Turlar   →   Azərbaycanda Turlar   →   Ekoturizm

ALTIAĞAC MİLLİ PARKI

Qiymət: AZN32

Bu cür təsirli istirahət potensialı ilə Azərbaycan təbii sərvətlərə görə marağın dövlət əhəmiyyətli məsələ olduğu ölkələrdən biridir. Bioloji cəhətdən müxtəlif bitki növlərinin qorunub saxlanması və bərpası, eko-turizmin inkişafı, insanlarda ətraf mühitə qarşı rəğbətin yaradılması, ölkənin özünəməxsus təbii komplekslərində ümumi tədqiqat fəaliyyətləri – bu qorunan ərazilərin müəyyən edilmiş sisteminin əsas məqsədləridir.

SW Travel ölkəmizin bütün qonaqlarına “Altıağac” Milli Parkına səfər etməyi təklif edir.

Altıağac Milli Parkı 2004-cü ildə təsis edilmişdir. Milli Park Xızı və Siyəzən ərazilərində yerləşir. Park Altıağac Milli Dövlət Qoruğunun və dövlət meşə ərazilərinin yaxınlığında 11035 hektar ərazidə yerləşir. Milli Parkın yaradılmasının əsas məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftının əsas tərkib hissələrinin qorunub saxlanılmasını, flora və fauna növlərinin bərpasını, turizm və istirahət ilə yanaşı ətraf mühit barədə maarifləndirmənin həyata keçirilməsini təmin etməkdir.  Milli Parkın ərazisinə dağ meşə-qəhvəyi, çimli-karbonatlı dağ meşə torpaqları, dağ-çəmən bozqır torpaqları və digər növ ərazilər daxildir. Buranın iqlimi həm qış, həm də yayda mülayim isti və qurudur. Ərazidə yerləşən ən böyük çay Ataçaydır. Mənbəyi Dübrar Dağının 1870 metr hündürlüyündən başlayan Ataçay çayı Xəzər dənizinə tökülür. Parkın əsas hissəsi meşələrlə örtülmüş ərazilərdən ibarətdir. Əsas bitki örtüyü Qafqaz palıdı, Qafqaz vələsi, şərq fısdığı, quşarmudu və toz ağacı və s. ağaclardır. Ərazidə mövcud olan kollar yemişan, itburnu və böyürtkəndir. Milli parkda məməlilərdən cüyür, qonur ayı, vəhşi qaban, vaşaq, yenot, tülkü, dələ, canavar və quşlardan qırqovul, kəklik, qartal, qaratoyuq, çobanaldadan, alabaxta vardır.

Tur haqqında məlumat:

- Turun 5 saat çəkəcəyi nəzərdə tutulmuşdur.
- Tur zamanı sizi təlimatçılar müşayiət edəcəkdir.
- Altıağac Bakıdan 1 saat uzaqlıqda yerləşir.

Tur qiymətinə daxildir

- Nəqliyyat
- Bələdçi
- Giriş biletləri

Tur qiymətinə daxil deyil

- Yemək
- Sığorta
- Xüsusi təchizatlar

Qeydlər

Turun qiyməti (2 nəfərlik qrupda) – 93 AZN
Turun qiyməti (10 nəfərlik qrupda) – 32 AZN

 

Ətraflı məlumat və turun bronlaşdırılması üçün:

Ünvan: Səməd Vurğun küç. 34, AZ1014, Bakı, Azərbaycan

Тelefon: (+99412) 4374720

Faks: (+99412) 4374723

Email: incoming@swtravel.az

Facebook səhifəmiz

Geri Ekoturizm
Günün otelləri
Warwick Doha Hotel
AZN 134.29
Sports Roundabout Al Rayyan Road Al Sadd Area, Doha
Park Hotel Tokyo
AZN 304.86
Shiodome Media Tower 1 7 1 Higashi Shimbashi, Tokyo
Boscolo Plaza Nice
AZN 477.81
12 Avenue De Verdun, Nice
Hotel Villa Fontaine Tamachi
AZN 179.44
Mita Twin Building East Wing 4 2 8 Shibaura Minato Ku, Tokyo
Aparthotel Quo Eraso
AZN 82.18
C/Ardemans, 13, Madrid
Torbrau
AZN 357.86
Tal 41, Munich
Tria Hotel Istanbul
AZN 83.94
Akbiyik Cad. Terbiyik Sok. No:7 Sultanahmet, Istanbul
Copthorne Hotel Doha
AZN 102.25
Airport Road, Doha
Celestine
AZN 353.78
3 23 1 Shiba Minato Ku, Tokyo
Thavorn Palm Beach Resort
AZN 85.98
311 Patak Road Tambon Beach, Phuket
Bizimlə əlaqə
Xəbərlər
7 Aprel
China-EdenTravel turizm şirkətinin təqdimatı

Aprelin 5-i SilkWay Travel təşkilati dəstəyi ilə "Çin-EdenTravel" turizm şirkətinin təqdimatı keçirilib 

9 Mart
Novruz – bahar bayramı

Ənənələrimiz haqqında

15 Fevral
Etdiyiniz alış-verişin 48 saat ərzində ƏDV-nin geri alınması

TaxFree4U
Xüsusi SW kodundan istifadə edin və ilk qeri alınma zamanı 5€ hədiyyə əldə edin

Bütün xəbərlər