İtaliya tətili

1165 EUR-dan

Bonjour Paris

818 EUR-dan

Shopping in London

780 EUR-dan

London-krallara layiq

1008 EUR-dan

London - Edinburq

1500 EUR-dan

Istanbul
262 USD-dan

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Turlar
Otellər
Flights
Cars
Əsas Sərnişinlərə Xüsusi hallarda daşınma

Xüsusi hallarda daşınma

Belə hallara aşağıdakı kateqoriyadan olan sərnişinlərin daşınması aiddir:

- zəif görənlər (korlar);

- zəif eşidənlər (karlar);

- hərəkət orqanlarının çatışmamazlığı olanlar, o cümlədən şaquli vəziyyətdə və ya əlil arabalarında daşınanlar;

- ürək fəaliyyətini tənzimləyən qurğuları olanlar;

- daxili orqanlarının xəstəlikləri olanlar;

- digər növ xəstəlikləri olanlar;

- hamiləliyin son dövründə (8 aydan artıq) olan qadınlar;

- yeni doğulmuş sağlam uşaqlar, vaxtından əvvəl doğulmuş, doğumdan sonrakı ilk 7 gün müddətində olan uşaqlar.

Belə daşınma əvvəlcədən daşıyıcı ilə razılaşdırılır.

Əgər hava gəmisinin sərnişininin sağlamlıq vəziyyəti hava daşınmasının xüsusi şərtlərini tələb edirsə, yaxud sərnişinin özünün və ya digər şəxslərin təhlükəsizliyini təhdid edirsə, bu da tibbi sənədlərlə təsdiqlənirsə, yaxud nizamsızlıq və ya digər şəxslər üçün dəfedilməz narahatlıqlar yaradırsa, daşıyıcı əlil-sərnişinin və ya xəstə sərnişinin hava daşınması müqaviləsini birtərəfli qaydada poza bilər.  

Daşıyıcı daşınmadan (həm ilk dəfədən, həm də sonradan) imtina edə bilər, bronlaşdırmanı ləğv edə bilər və ya sağlamlıq vəziyyətinə görə sərnişinləri hava gəmisindən çıxarda bilər: 

- Daşıyıcının təyinatına görə sərnişinin davranışı, psixi və ya fiziki vəziyyəti hava gəmisindən evakuasiya zamanı yardım etməyə imkan vermirsə (məsələn: xərəkdə və ya inkubatorda olan şəxslər, ciddi eşitmə və ya görmə pozğunluğu olan şəxslər), yalnız hava gəmisindən enmə və minmə vaxtı və qəza evakuasiyası zamanı onlara görə cavabdehlik daşıyan müşayiət edən şəxslərin olduğu hallar istisna olmaqla;

- infeksiya mənbəyi ola biləcək şəxslər və müəyyən xəstəliklər zamanı digər sərnişinlərə narahatlıq yarada biləcək;

- onların daşınması, hətta xüsusi ehtiyat tədbirlərinə riayət olunduqda belə, onların özü və ya digər sərnişinlər və onların əmlakına təhlükə və risk törədə bilər;

- hansılar ki standart kreslolardan oturaq/yarıuzanmış vəziyyətdə istifadə edə bilmirlər, məsələn, arzu etdikləri xidmət səviyyəsində xərəkdə olan sərnişinlər. Əgər Daşıyıcının qaydaları imkan verirsə, alternativ yerləşdirmə təşkil oluna bilər.

Təhlükəsizlik tələblərinin, texniki və ya istismar tələblərinin təminatı üçün Daşıyıcı özünün istənilən reysində əlil-sərnişinlərin miqdarını və kateqoriyasını məhdudlaşdıra bilər, hətta əgər onların yerləşdirilməsi, ixtisaslaşdırılmış xidmət də daxil olmaqla,  xüsusi tələblərə cavab verirsə belə.

Əgər sərnişin daxili aviaxətlərdə xüsusi sanitar şərtlərə riayət edirsə, aviadaşınmaların bronlaşdırılmasını və satışını həyata keçirən agentlik və ya Daşıyıcı reysə bilet satarkən “Xüsusi sanitar şərtlərlə hava daşınması” blankında ona tələb olunan xüsusi fərdi xidmət yazılı şəkildə göstərilir. 

Bununla belə, eyni zamanda aeroport da reysdə belə bir əlil-sərnişinin olması və onun daşınmasının şərtləri barədə məlumatlandırılır.

Daşınması “Xüsusi sanitar şərtlərlə hava daşınması” blankı ilə tərtib olunan əlil-sərnişin və ya onu müşayiət edən şəxs biletlərin satışı zamanı əvvəlcədən aeroporta gəlmə və aeroportun tibb məntəqəsinə müraciət edilməsi zərurəti barədə xəbərdar edilməlidirlər.

Uşaqların daşınması

Müşayiətçisi olmayan uşaqların daşınması ilə əlaqədar müxtəlif aviaşirkətlərin öz qaydaları mövcud ola bilər.
Müşayiət olunmayan uşaqlar təsdiqlənmiş statusu olan və daşıyıcının öncədən razılığı olan aviabilet olduğu zaman daşınmaya buraxılırlar, belə sərnişinlərin reysə qeydiyyatdan keçdiyi zaman, anlaşılmamazlığın olmaması üçün aviaşirkəti əvvəlcədən məlumatlandırmağı xahiş edirik. Bizim işçilərimiz Aviaşirkətin qaydalarını və valideynlər, yaxud himayədarlar tərəfindən hansı sənədlərin təqdim edilməsini  sizə məmnuniyyətlə izah edərlər.

Qrupların daşınması

Bir çox Aviaşirkətlərdə qrupların daşınması üçün proqramlar işlənib hazırlanmışdır və uğurla fəaliyyət göstərirlər.
Qrupşəkilli daşınma Aviaşirkətin eyni reyslərinə, eyni tarixlərə bütün uçuş marşrutu üzrə gediş və gəliş üçün bronlaşdırılmalıdır.Sərnişinlərin bir istiqamətə daşınması qrup daşınması kimi nəzərdən keçirilə bilməz.  

Heyvanların və quşların daşınması

Həm hava gəmisinin salonunda, həm də yük bölməsində heyvanların və quşların daşınması da, Aviaşirkət ilə razılaşdırılmalıdır. Bəzi ölkələrin tibbi-karantin tələblərinə görə, bəzi cinslərdən olan heyvanların ölkəyə daxil olması qadağan oluna bilər.

Digərləri

Musiqi alətlərinin daşınması, idman avadanlığının daşınması və digər xidmətlər də, həmçinin, daşıyıcı Aviaşirkətin qaydalarından asılıdır və əvvəlcədən razılaşdırılmalıdır. 

Günün otelləri
Ibis Styles Geneve Gare
AZN 234.53
8 Place Cornavin, Geneva
Hotel Claridge
AZN 463.44
37 Rue Francois 1Er, Paris
Leonardo Royal Hotel Frankfurt
AZN 129.47
Mailaender Str. 1, Frankfurt
The Hongta Hotel
AZN 151.67
889 Dong Fang Road, Shanghai
Ramada Encore Geneva
AZN 179.45
10 12 Route Des Jeunes, Geneva
Hotel Route Inn Tokyo Asagaya
AZN 188.3
5 35 14 Narita Higashi Suginami Ku, Tokyo
Elegance Castle Hotel
AZN 153.34
Al Maarif, Doha
A&O Berlin Hauptbahnhof
AZN 118.69
Lehrter Strasse 12 15, Berlin
Akya Hotel
AZN 85.27
Karanfil Sokak No:9 Kizilay, Ankara
Scandic Bromma
AZN 141.65
Brommaplan, Stockholm
Bizimlə əlaqə
Xəbərlər
9 Mart
Novruz – bahar bayramı

Ənənələrimiz haqqında

15 Fevral
Etdiyiniz alış-verişin 48 saat ərzində ƏDV-nin geri alınması

TaxFree4U
Xüsusi SW kodundan istifadə edin və ilk qeri alınma zamanı 5€ hədiyyə əldə edin

30 Yanvar
Yeni e-viza sistemi

10 Yanvardan etibarən ASAN Viza portalı «www.evisa.gov.az» tamamilə istifadəyə verilmişdir.

Bütün xəbərlər