Dubay şoppinq festivalı
259 USD-dan 

Istanbul
262 USD-dan

Barselona-Madrid
720 EUR-dan
 

Praqa
365 EUR-dan 

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Turlar
Otellər
Flights
Cars
Əsas Sərnişinlərə Sərnişinlər üçün məlumat

Sərnişinlər üçün məlumat

Sənədlər

Sənədlər haqqında rəsmi məlumatı Siz uçduğunuz ölkənin konsulluğunda ala bilərsiniz. Sərnişin sənədlərin lazımi qaydada tərtib olunmasına, daşınmanın həyata keçiriləcəyi və ya ərazisindən keçəcəyi ölkənin dövlət orqanlarının bütün qanunlarının, sərəncamlarının, qaydalarının riayət olunmasına görə cavabdehlik daşıyır. Aviasəyahətə yollanarkən xarici pasportu və vizanı (əgər siz Azərbaycan Respublikasının hüdudlarından kənara çıxırsınızsa) və ya şəxsiyyət vəsiqəsini (Azərbaycan Respublikasının ərazisində), kağız və ya elektron aviabileti (marşrut-qəbz) və ölkəyə girmək/çıxmaq üçün lazım olan digər sənədləri özünüzlə götürməyi yaddan çıxartmayın. 

Xidmət dərəcəsi

Aviabiletin qiymətindən asılı olaraq sərnişinlərə üç dərəcə üzrə xidmət göstərilir: birinci, biznes və ekonom dərəcəli. Bu cür təsriflənmə beynəlxalq aviaşirkətlərin çoxunda qəbul olunmuşdur.

Birinci dərəcəli biletlər rahat uçuşun bütün gözəlliklərini hiss etməyə imkan verəcəkdir. Sizə müxtəlifçeşidli menyu, məhdudiyyət qoyulmadan spirtli və alkoholsuz içkilər təklif olunacaqdır. Bundan əlavə, aeroportda qeydiyyat üçün ayrıca masa ayrılır, birinci dərəcəli gözləmə zalında isə pulsuz alkohollu və alkoholsuz içkilər və qəlyanaltılar Sizi gözləyir. Təyyarəyə minmə və düşmə birinci növbədə sizin üçün təmin olunur.

Biznes dərəcədə servisin səviyyəsi yüksəkdir, oturacaqlar arasında məsafə artırılmışdır, yaxşı şərabların da daxil olduğu menyu müxtəlifçeşidlidir – bütün bunlar uçuş zamanı özünüzü rahat hiss etməyə imkan verir.

Ekonom dərəcəli sərnişinlərə Avropa standartlarına uyğun oturacaqlar və uçuşun vaxtından, müddətindən və marşrutdan asılı olaraq qidalanma, şərab, şirələr və alkoholsuz içkilər də təklif olunur.

Xüsusi Qidalanmanın Sifarişi

Xüsusi qidalanma sifarişi xidmətini təqdim edərkən Aviaşirkət təyyarədə sərnişinin özünü yalnız xüsusi qonaq kimi hiss etməsinə can atmır, həm də hər bir səyahətin unudulmaz olmasına çalışır. Əgər sizin xüsusi tələbatlarınız varsa, bronlaşdırma proseduru zamanı, yaxud ən azından, sizin reysinizin cədvələ uyğun olaraq, yola düşməsinə 24 saat qalmış siz xüsusi qidalanma sifariş edə bilərsiniz və Aviaşirkət ya sizin sifarişinizi təsdiqləyəcək, ya da belə bir xidmətin göstərilməsinin imkansız olması barədə məlumat verəcəkdir. Xahiş edirik, əgər sizin hansısa ərzaqlara allergiyanız varsa, həmişə əvvəlcədən xəbərdarlıq edin.

Təyyarədə hansı yerləri seçməli

Uçuş – yorucu bir işdir, buna görə də salonda uğurlu yer seçimi az vacib deyildir. Birinci və biznes dərəcəli salonlarda yerlər arasında xüsusi fərq yoxdur. Bunu ekonom dərəcəli yerlər haqqında demək olmaz. İdeal variant bilet alarkən yerin də sifariş edilməsidir. Turistik agentliyin əməkdaşı demək olar ki həmişə sizə bu işdə kömək edəcəkdir. Lakin elə aviaşirkətlər var ki, təyyarədə yerin əvvəlcədən bronlaşdırılması xidmətini təqdim etmirlər.

Təyyarədə yerin seçilməsi bir çox hallarda sərnişinin arzusundan asılı olur. Elə sərnişinlər var ki, illüminatorun yanındakı yerləri sevirlər. Digərləri çıxışın yanındakı yerlə xoşlayırlar. Mütəxəssislər inandırırlar ki, qanadların yanında daha az silkələnmə olur, quyruqdakı yerlər isə daha təhlükəsizdir.

Reysə qeydiyyat

Hər bir aviaşirkət reysə qeydiyyatın başlanma və başa çatma müddəti ilə bağlı öz qaydalarını müəyyənləşdirir. Bir çox hallarda qeydiyyat reysin uçuşundan 2 saat əvvəl başlanır və uçuşa 40 dəqiqə qalmış başa çatır. Biletin tərtibatı zamanı bu vaxtları mütləq dəqiqləşdirin. Qeydiyyata gecikmə halı baş verdikdə aviaşirkət sizin yerinizi öz bildiyi kimi sərf etmək hüququnu özündə saxlayır.

Əgər sizin qeydiyyata gecikməyiniz halı baş verərsə, onda sizin biletinizin gələcək taleyi bütünlüklə sizin onu əldə etdiyiniz tarifdən asılı olacaqdır. Aviaşirkətlərin çoxunda birinci və biznes dərəcəli biletlər cərimə edimədən başqa tarixə yenidən bronlaşdırıla bilər. Əgər siz bileti ən ucuz və ya güzəştli tariflə əldə etmisinizsə, o zaman bilet, sadəcə olaraq, ləğv edilir. Lakin bir sıra aviaşirkətlər hətta belə biletləri də yenidən bronlaşdırmağa imkan yaradırlar. Bu zaman, əlbəttə ki, əlavə ödəniş edilməli olacaqdır.

Aeroport rüsumları (taksalar)

Aeroport rüsumları (taksa) – bu, aeroportun dövlət və ya bələdiyyə orqanları, yaxud başqa təşkilatlar tərəfindən sərnişindən alınan, biletə daxil olan məbləğdir. Hər bir taksanın adı və təyinatı vardır və çox zaman bir aeroportda bir neçə rüsum alınır.

Aeroport rüsumları nə qədərdir?

Taksanın məbləği bir çox amillərdən asılıdır. Aviaşirkət, tranzit aeroportu, vaxtaşırı dayanacaqlar, marşrutun tipi və digər amillər. Taksalar həmişə yerli valyuta ilə çap olunur və çıxarış verilən anda, biletin alındığı gün olan kurs üzrə biletin çıxarış valyutasına keçirilir. Beləliklə, aeroport rüsumlarının dəqiq məbləğini yalnız bilet yazılan anda müəyyənləşdirmək olar. Taksaların məbləği bir sıra hallarda aviabiletin tarif dəyərinə qədər yüksələ bilər.   

Tranzitlər və transferlər

Çox tez-tez elə bir vəziyyət yaranır ki, bir şəhərdən başqasına uçmaq uçuşda yer dəyişmə etmədən mümkün olmur. Bəzən bu, təyyarəyə yanacaq doldurmaq üçün zərurət yarandığı eniş ola bilər. Digər hallarda isə bu, bir reysi digər reysə dəyişmək və öz səyahətini başqa reyslə davam etdirmək üçün sərnişin üçün zəruri ola bilər.

Tranzit – enişdən sonra növbəti çatdırılma həmin aviaşirkət tərəfindən və elə həmin reys nömrəsi altında həyata keçirilir.  

 Transfer – enişdən sonra növbəti çatdırılma başqa reys nömrəsi altında həyata keçirilir, bu zaman aviaşirkət həm həminki, həm də başqası ola bilər.

Yükün qeydiyyatı

Əgər sizin uçuşunuz bir birbaşa reysdən ibarətdirsə, o zaman problem yaranmır. Əgər sizin səyahətiniz toqquşan uçuşlardan ibarətdirsə, o zaman yükün taleyi alınmış biletdən asılıdır. Bir aviaşirkətdən bilet alınarkən sizin yükünüz aeroportda dərhal bütün marşrut üzrə qeydiyyata alınır. Bu zaman, yer dəyişmə baş verən aeroportda bu aviaşirkətin əməkdaşları yükün bir reysdən başqa reysə yenidən yüklənməsinə cavabdehdirlər. Əgər siz müxtəlif aviaşirkətlərin reysləri ilə uçursunuzsa, o zaman yüklərin alınması və aeroportda qeydiyyatı üçün cavabdehlik  bütünlüklə sizin üzərinizə düşür.

Bütün yük, həmçinin, sizin özünüzlə əl yükü kimi salona götürmək istədiyiniz yük reysə qeydiyyat zamanı aviaşirkətin personalına təqdim edilməlidir.

İtirilmiş yük

Təəssüflər olsun ki, sizin yükünüzün qorunub saxlanmasına yüzfaizlik təminatı yer üzündə heç bir aviaşirkət verə bilməz. Bununla əlaqədar olaraq, aşağıdakıları nəzərə almaq lazımdır: təhvil verilən yükdə heç vaxt sənədlər və pul saxlamayın. Sərnişinin hüququ vardır ki, uçuşa qədər yükün dəyəri haqqında məlumat versin və əlavə məbləğ ödəsin. Yükün itirilməsi və ya zədələnməsi halında endiyiniz zaldan çıxmamışdan öncə, müvafiq xidmətə müraciət etmək lazımdır.

Təhlükəli əşyalar

Sizin yükünüzdə ciddi şəkildə qadağan olunan əşyalar:

-Radioaktiv maddələr
- Qaz
- Partlayıcı maddələr
- Fişənglər
- Zəhər
- Korroziyaya uğrayan maddələr
- Maqnitlər

Baqaja verilməsinə icazə verilən, lakin salona daxil edilməsi qəti şəkildə qadağan olan əşyalar:

- silah-sursat
- Soyuq silah
- Odlu silah

Aviaşirkətlərin çoxunda, mayelərin, gellərin və aerozolların aviasərnişinin əl yükündə daşınmasına məhdudiyyətlər mövcuddur.

Məhdudiyyət aşağıdakılara şamil olunur:
- su və digər içkilər, şorbalar, şirələr;
- kremlər, losyonlar və yağlar;
- ətirlər;
- spreylər;
- gellər, həmçinin saç və duş gelləri;
- kiçik balonlarda olan maddələr, həmçinin, təraş üçün köpük, digər köpüklər və dezodorantlar;
- pastalar, həmçinin diş məcunları;
- sulu və bərk maddələrin qarışığı;
- tuş;
- istənilən digər maddələr.

Yuxarıda sadalananlardan yalnız az bir qisminin təyyarəyə gətirilməsi sərnişinlərə icazə verilir, lakin o şərtlə ki, onlar 100 ml həcmdən artıq olmayan tutumda qablaşdırılırlar.

Göstəriləndən daha artıq həcmdə əl yükünə yalnız aşağıdakı hallarda icazə verilir:

- uçuş zamanı zəruri olan uşaq qidası;
- uçuş zamanı zəruri olan dərmanlar (orijinal bağlamada, sərnişin üçün həmin preparatın zərurliyini təsdiqləyən lazımi tibbi arayışla və ya sərnişinin adını göstərildiyi reseptlə birlikdə) 
- aeroportlarda və hava gəmilərinin içindəkı vergisiz ticarət mağazalarında əldə olunmuş içkilər və ətirlər. Əgər onlar xüsusi möhürlənmiş bağlamalarda satılmışdırsa, yoxlamadan keçənə qədər onun bütövlüyünü pozmayın - əks halda bağlamanın içindəkilər xüsusi yoxlama məntəqəsində müsadirə oluna bilər.

Hörmətli sərnişinlər, yoxlama zamanı hazır olun ki, Sizdən bu əşyaların və maddələrin zəruriliyini sübut etmək xahiş oluna bilər.  

Təyyarədə elektron avadanlıqdan istifadə olunması

Təyyarənin naviqasiya qurğularında əngəl yaratmamaq üçün, uçuşun təhlükəsizliyi məqsədilə bütün uçuş ərzində mobil telefonlardan istifadə etmək qadağan olunur. 

Uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə sərnişinlərə istifadə etmək qadağan olunur:
Bütün uçuş ərzində:
- radiotelefonlar;
- radioqəbuledicilər;
- raduoötürücülər;
- distansion idarəli oyuncaqlar;
- naqilsiz şəbəkə qurğuları.

Təyyarənin sükanı çevirmə, uçuş, yüksəkliyə qalxma, eniş və yerə oturma zamanı:
- portativ kompyuterlər;
- daşınıla bilən kompyuter printerləri;
- videokameralar, kinokameralar;
- səsyaradıcı qurğular (maqnitofonlar, kompakt-disk və kaset səsləndirici cihazlar, digər lazer qurğuları);
- fotoaparatlar, fotokameralar;
- elektron oyuncaqlar;

 

Günün otelləri
Royal
AZN 202.13
Sophienstrasse 35, Stuttgart
Hotel Indigo Tel Aviv Diamond District
AZN 377.74
Aholiav Street No. 5 Ramat Gan, Tel Aviv
Mercure Amsterdam Airport
AZN 293.69
Oude Haagseweg 20, Amsterdam
Melia Dubai
AZN 139.32
23 Kuwait Street, Dubai
Park Plaza Victoria London
AZN 352.23
239 Vauxhall Bridge Road, London
Nobis Hotel
AZN 444.22
Norrmalmstorg 2 4, Stockholm
Podol Plaza
AZN 103.11
7 A Konstantinovskaya Str 04071, Kiev
Ibis Warszawa Centrum
AZN 66.11
Al. Solidarnosci 165, Warsaw
Baglioni Hotel London
AZN 792.75
60 Hyde Park Gate, London
History Hotel Griboedova Channel
AZN 118.99
101 Griboedova Channel, St Petersburg
Bizimlə əlaqə
Xəbərlər
13 Yanvar
JA Jebel Ali Beach Hotel və JA Palm Tree Court viza hədiyyə edirlər

1-31 mart 2017 tarxilərində BƏƏ-yə viza hədiyyə olunur  

6 Dekabr
Sankt-Peterburq şəhəri World Travel Awards mükafatı ilə təltif olunub

Həmçinin, dünyanın ən yaxşı turistik istiqaməti adını qazanıb. 

Bütün xəbərlər