İtaliya tətili

1165 EUR-dan

Bonjour Paris

818 EUR-dan

Shopping in London

780 EUR-dan

London-krallara layiq

1008 EUR-dan

London - Edinburq

1500 EUR-dan

Istanbul
262 USD-dan

Uçuşların sürətli axtarışı
Turun sürətli axtarışı
Turlar
Otellər
Flights
Cars
Əsas Haqqımızda Şirkət haqqında

Şirkət haqqında

“Silk Way Travel” şirkəti 2008-ci ildə fəaliyyətə başlamışdır və hal-hazırda Milli aviadaşıyıcı olan “Azərbaycan Hava Yolları” QSC-nin eksklüziv agentidir. Azərbaycana reyslər yerinə yetirən bütün aviaşirkətlərlə agent müqaviləsi bağlamış “Silk Way Travel” hava daşımaları satışının təşkili sahəsində aparıcı mövqelərə malikdir. Bundan əlavə, “Silk Way Travel” şirkətinin həm Azərbaycanda, həm də başqa ölkələrdə öz nümayəndəlikləri və satış məntəqələri var. Şirkətin fəaliyyəti beynəlxalq sərgilərdə bir çox diplomlara layiq görülmüşdür.

Hər il “Silk Way Travel” 10-15 min turistin xaricə səfərini təşkil edir və, təbii ki, xaricdən bir o qədər qonaq qəbul edir. Bununla da şirkət təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi və aeroporta çatdırma, viza dəstəyi, alpinizm, sağlamlaşdırıcı turizm, ovçuluq və balıqçılıq da daxil olmaqla, müxtəlif istirahət növləri üzrə turpaketlərinin formalaşdırılmasını öz üzərinə götürür.

Onlayn sistemlərdən istifadə edən “Silk Way Travel” Azərbaycan üzrə turist marşrutları paketini formalaşdıraraq, bu gün turizm operatoru kimi fəaliyyət göstərir. Başqa şirkətlərin də turizm məhsulları cəlb olunaraq, onların dünya bazarına çıxışına şərait yaradılır. “Silk Way Travel”in mənimsədiyi onlayn bronlaşdırma və turizm xidmətlərinin göstərilməsi üzrə texnologiyalara əsasən, şirkətin müştəriləri İnternet vasitəsilə onları ən çox maraqlandıran marşrutu seçə, otel, təyyarə reysi sifariş edə, avtomobil icarəyə götürə və s. edə bilərlər. Həmçinin qeyd etmək lazımdır ki, bu xidmətlərin siyahısı durmadan artmaqdadır.

Hal-hazırda “Silk Way Travel” şirkəti müştərilərinə həm Avstriya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə, İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə klassik turlar, həm də Bali adası, Keniya. Sentoza, Mavriki, Qoa kimi ekzotik yerlərə səfərlər təklif etməyə hazırdır. Macarıstan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Çexiyanın sanatoriya və kurortları “Silk Way Travel” şirkətinin müştəriləri tərəfindən xüsusi rəğbətlə qarşılanır. Azərbaycana səfər edən qonaqlara isə Bakı və Abşeronun tarixi abidələrini, Şəki saraylarını, Şabran qalasını, Naxçıvanın türbə və pirlərini, Quba bağlarını, Qəbələnin dağ və dərələrini, Lənkəranın əsrarəngiz meşələrini göstərməyə hazırıq.

Ən əsası odur ki, insanların səyahət etmək arzusu tükənməzdir. Yeni şeylər öyrənmək həvəsi sonsuzdur. Başqa mədəniyyətlərlə tanışlıq, bir-birinə açıqlıq və canlı ünsiyyət, güclü təəssüratlar, unudulmaz rəng, dad, ətir duyğuları və emosiyalar seli – müştərilərin istənilən arzusunu nəzərə alan “Silk Way Travel” şirkəti bütün bunları təqdim etməyə hazırdır.

Günün otelləri
Alma
AZN 128.05
Rue Des Eperonniers 42-44, Spoormakersstraat, Brussels
Hamburger Hof
AZN 201.98
Poststrasse 10-12, Frankfurt
Congress Park Volynskoe
AZN 164.09
9 Starovolynskaya Street, Moscow
Chanalai Flora Resort
AZN 50.82
175 Kata Beach Koktanode Road, Phuket
Catalonia La Pedrera
AZN 257.32
Corcega 368, Barcelona
Derag Livinghotel Kaiser Franz Joseph
AZN 124.18
Sieveringerstrasse 4, Vienna
Berchielli
AZN 371.32
Lungarno Acciaiuoli 14, Florence
Allegro
AZN 115.21
Matzleinsdorfer Platz 1, Vienna
Aqua Palace
AZN 803.92
Calle Della Malvasia 5492, Venice
Hotel Indigo Shanghai On The Bund
AZN 298.37
No 585 Zhongshan Dong Er Road Huangpu Area, Shanghai
Bizimlə əlaqə
Xəbərlər
7 Aprel
China-EdenTravel turizm şirkətinin təqdimatı

Aprelin 5-i SilkWay Travel təşkilati dəstəyi ilə "Çin-EdenTravel" turizm şirkətinin təqdimatı keçirilib 

9 Mart
Novruz – bahar bayramı

Ənənələrimiz haqqında

15 Fevral
Etdiyiniz alış-verişin 48 saat ərzində ƏDV-nin geri alınması

TaxFree4U
Xüsusi SW kodundan istifadə edin və ilk qeri alınma zamanı 5€ hədiyyə əldə edin

Bütün xəbərlər